525.Az

"Zəlimxan Yaqub ədəbi düşüncədə" toplusunun yeni cildi işıq üzü görüb


 

"Zəlimxan Yaqub ədəbi düşüncədə" toplusunun yeni cildi işıq üzü görüb<b style="color:red"></b>

Bu günlərdə Xalq şairi Zəlimxan Yaqub haqqında növbəti kitab nəşr olunub. "3 saylı Bakı Mətbəəsi" ASC-də yüksək keyfiyyətlə işıq üzü görmüş kitab "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlanır. Xatırladaq ki, bu adda kitabın üç cildi hələ ölməz şairin sağlığında nəşr olunub.

Yeni işıq görən və 22 çap vərəqi həcmində olan bu kitab  dördüncü cilddir və  əvvəlki cildlərdə olduğu kimi, bu cilddə də tanınmış ictimai xadimlərin, şair və yazıçıların, ədəbiyyatşünas alimlərin Xalq şairinin sağlığında yazmış olduqları elmi-publisistik məqalələri və şairin son müsahibələri yer alıb.

Əvvəlki üç cilddə olduğu kimi, "Zəlimxan Yaqub ədəbi düşüncədə"nin dördüncü cildinin də tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Oxucular kitabda Xalq yazıçısı Anarın, akademik, Millət vəkili Nizami Cəfərovun, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin, professorlar Qəzənfər Kazımov və İfrat Əliyevanın və digər elm və sənət adamlarının, ictimai xadimlərin Zəlimxan Yaqub yaradıcılığı haqda düşüncələri ilə tanış ola biləcəklər.

Musa Nəbioğlu bildirib ki, bu kitab Xalq şairinin gələn il qeyd olunacaq 70 illik yubileyinə ilk töhfədir: "Zəlimxan Yaquba dərin məhəbbətlə yazılan məqalələr cild-cild kitablara sığmaz və biz çalışacağıq ki, zaman-zaman bu işi davam etdirək ki, onun haqqında yazılmış heç bir məqalə, ona ithaf olunmuş heç bir şeir diqqətdən kənarda qalmasın".

ŞAHANƏ

 





09.10.2019    çap et  çap et