525.Az

Gürcüstan XİN başçısı: “Keşikçidağ"la bağlı irəliləyişlər addım-addım olacaq"


 

Gürcüstan XİN başçısı: “Keşikçidağ"la bağlı irəliləyişlər addım-addım olacaq"<b style="color:red"></b>

“Əminəm ki, biz "Keşikçidağ" məsələsini həm Gürcüstan, həm də Azərbaycan üçün məqbul olan şəkildə həll edə biləcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

Nazir bildirib ki, bu məsələ çox həssasdır və irəliləyişlər addım-addım olacaq.

“Gürcüstan və Azərbaycanı ümumi tarix, coğrafiya birləşdirir. Bunlar bizi birləşdirən və bizi ayırmayan istiqamətlərdir. İki ölkə arasında, iki əsas strateji tərəfdaş arasında yaranan hər hansı bir mübahisənin öz strateji maraqlarımıza uyğun həll edilməsi çox vacibdir. Biz addım-addım irəliləyəcəyik, çünki məsələ çox həssasdır. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının daxilində işlər davam etdiriləcək. Yaxşı bilirsiniz ki, bu müddət ərzində mütəxəssislərin görüşü keçirilib, onlar vəziyyəti öyrəniblər. Əminəm ki, biz həm Gürcüstan, həm də Azərbaycan tərəfi üçün məsələnin qarşılıqlı məqbul bir şəkildə həllinə nail olacağıq”, - deyə D. Xalkaliani bildirib.

Azərbaycanın məsələnin həllinə hazır olduğunu vurğulayan D. Zalkaliani xatırladıb ki, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası Gürcüstanda keçiriləcək.

 





10.10.2019    çap et  çap et