525.Az

Türkiyənin Sənaye və texnologiya nazirinin müavini AzTU-da olub


 

Türkiyənin Sənaye və texnologiya nazirinin müavini AzTU-da olub<b style="color:red"></b> Oktyabrın 9-da Türkiyənin Sənaye və texnologiya nazirinin müavini Hasan Büyükdedenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqları AzTU-nun rektoru, professor Vilayət Vəliyev qəbul edib.

Görüşdə rektor türkiyəli qonaqlara rəhbərlik etdiyi təhsil ocağı haqqında ətraflı məlumat verib və AzTU-da aparılan islahatlardan, universitetin strateji inkişaf hədəflərindən danışıb.

V.Vəliyev qeyd edib ki, universitetdə aparılan elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə uyğun altı istiqaməti müəyyən edilib və bu əsasda fakültələrin yenidən təşkilinə qərar verilib.
“Texniki Universitet Azərbaycan iqtisadiyyatı üçün önəmli müəssisədir”, - deyən rektor vurğulayıb ki, atılacaq önəmli addımlar AzTU-nun beynəlxalq reytinqini artıraraq gələcəyin modern universitetinə çevirəcək.

Türkiyənin Sənaye və texnologiya nazirinin müavini Hasan Büyükdede AzTU ilə tanışlıqdan, professor-müəllim heyəti ilə görüşdən məmnun olduğunu bildirib, Türkiyədə texniki universitetlərin sənayenin müxtəlif sahələri ilə əməkdaşlığından danışıb. Nazir müavini vurğulayıb ki, tələbələr nəzəri biliklərini istehsalatda tətbiq etməlidirlər və bu, iqtisadiyyata yeni töhfələr verə bilər.
 





10.10.2019    çap et  çap et