525.Az

Millət vəkili ADU-nun müəllim və tələbələri ilə görüşüb


 

Millət vəkili ADU-nun müəllim və tələbələri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib.

Görüş zamanı ADU rektoru, akademik Kamal Abdulla  ölkədə son dövlərldə baş verən müsbət proseslər, müsbət dəyişikliklər fonunda ADU-nun olan yeniliklər haqda danışıb. Bildirib ki, bu gün Azərbaycanın haqq sözünü bütün dünya eşidir: "İstənilən məkanda və zamanda Azərbaycanın haqq işi, müstəqil siyasəti və mövqeyi cənab prezident tərəfindən cəsarətlə söylənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq."

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dəvətə görə rektora təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib: "Bu gün Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir. Bu uğurların təməlini Ulu öndər, Ümumilli lider Heydər Əliyev qoyub. Onun siyasi kursunu isə cənab Prezident davam etdirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edir. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqardrol Yeni Azərbaycan Partiyasına məxsusdur. Ölkədə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, antimilli çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib".

Sevinc QARAYEVA

 





11.10.2019    çap et  çap et