525.Az

50 nəfərlə "inqilab" cəhdi və özünüifşa


 

50 nəfərlə "inqilab" cəhdi və özünüifşa <b style="color:red"></b>

Oktyabrın 8-də AXCP-nin "Milli Şura" ilə birlikdə keçirdiyi piket bir daha onu göstərdi ki, Əli Kərimli dinc mübarizədən çox uzaq və hər fürsətdən istifadə edərək ölkədə qarşıdurma, gərginlik yaratmaq istəyir.  Qeyd edək ki, Bakı Şəhəri İcra Hakimiyyəti Əli Kərimlinin partiyasının və "Milli Şura"nın birgə piket keçirməsi üçün (BŞİH) müraciətinə  müsbət cavab vermişdi.

"Müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb", - cavabda deyilirdi.

Piket vaxtı çatanda Əli Kərimlinin 50 nəfərlə "inqilab" etmək cəhdi AXCP və "Milli Şura" adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi.

Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb.

Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi.

Təsadüfi deyil ki, hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşan Tofiq Yaqublu və digərləri süni ajiotaj yaradır, aksiyanı istədikləri kimi sərbəst keçirmək istidiklərini bəyan edir və hər hansı yer ayrılmasından narazılıqlarını bildirirdilər. Aksiya başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi. 

Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək  və s bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar.

Kənarda əlində "Xalq sizinlədir -  cənab Prezident İlham Əliyev" şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumü, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi.

Əli Kərimlinin özü isə piketdə görünmədi, öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutdu. Söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib, yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?

Bütün  bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və "milli şura"da toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.

Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, "Milli Şura" adlandırılan marginal qruplaşmanın oktyabrın 8-də təşkil etdiyi icazəli piket bir daha onu göstərdi ki, bunlar qanunlar çərçivəsində davranış nümayiş etdirərək sivil formada öz ismarıclarını və etirazlarını çatdırmağı bacarmırlar. Deputatın sözlərinə görə, onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır: "Biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratik cəmiyyətin əsas qaydalarından biri müxtəlif qrupların, qruplaşmaların bu və ya digər formada problemli hesab etdiyi məsələlərlə bağlı fikir bildirmələrinin təmin olunmasıdır. Azərbaycan da demokratik, hüquqi dövlətdir. Vətəndaşların bu müraciətlərini düzgün qiymətləndirərək onların ifadə azadlığını təmin edir. Çox təəssüf ki, dünənki piket bir daha göstərdi ki, onların məqsədi sadəcə piket təşkil edərək hansısa məsələ ilə bağlı hakimiyyətə və cəmiyyətə mesaj vermək deyil. Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır".

Millət vəkilinin fikrincə bu normal bir hal deyil. Çünki əvvəlcədən razılaşdırılmış qaydada 50 nəfər əvəzinə daha çox vətəndaşın bu prosesə qoşulması diqqəti çəkdi: "Onlar piket üçün ayrılan yerdə deyil, məktəblərin və şəhər nəqliyyatının sıx olduğu istiqamətlərdə "piketi müşahidə edənlər" adı ilə toplaşmağa başladılar. Bunun özü təxribat idi. Çünki dünyanın heç bir yerində piket keçirənlər üçün ayrıca, xüsusi statusda "piket keçirənləri müşahidə edənlər" olmur. Görürsünüzmü, burada da radikal qruplaşma manipulyasiya etməyə cəhd göstərdi. Görünür, onların məqsədi nəyəsə etiraz bildirmək deyil, haradansa aldıqları tapşırıqları həyata keçirmək idi. Bununla da bir sıra Avropa qurumlarına Azərbaycanın mənfi obrazını təqdim etmək üçün əsas versinlər. Ona görə də hesab edirəm ki, məlum piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular. Özlərini "Milli Şura" adlandıran qruplaşmanın əslində radikal qruplaşma olduğu sübuta yetdi. Onunsuz da bu vaxta qədər ölkə ictimaiyyətinin öndə olan simaları onları radikal qurum adlandırırdı. Oktyabrın 8-də keçirilən aksiyaya Azərbaycan ictimaiyyətinin münasibəti birmənalıdır; bu cür yollara əl atmaqla keçirilən tədbirləri biz pisləyirik. Bu yolverilməzdir".

Bakı şəhər sakini Ədalət Əsgərov isə vurğulayıb ki, digər ölkələrdə piketlər dinc şəraitdə keçir, insanlar öz fikirlərini ifadə edir və verilmiş vaxt çərçivəsinə uyğun hərəkət edirlər: "Təəssüf ki, ənənəvi və radikal müxalifət bu dəfə də paytaxtda qarşıdurma yaratmağa cəhd göstərdi. Əli Kərimli tərəfdarlarına özünün qatılmadığı piketi mitinqə keçirmək tapşırığını vermişdi. Lakin anlamırlar ki, hansı cəhdi etmələrindən asılı olmayaraq, pis niyyətlərinə nail ola bilməyəcəklər. Çünki xalq onları illərdir tanıyır və bu insanlar azərbaycan dövlətinə, xalqına nəsə etmək əzmində deyillər. Onları maraqlandıran yalnız və yalnız qarşıdurma, gərginlik yaradıb, hakimiyyətə gəlməkdir. Buna da xalqımız heç vaxt yol verməyəcək. Biz hər birimiz öz Prezidentimizə inanırıq, onu dəstəkləyirik".

AZAD

 





11.10.2019    çap et  çap et