525.Az

Jurnalistlər Masazır Duz Zavodunda


 

Jurnalistlər Masazır Duz Zavodunda <b style="color:red"></b>

Ölkənin aparıcı KİV nümayəndələri "Azərduz", "Salute", "Bizim Duz" markalarının istehsal olunduğu Masazır Duz Zavodunu ziyarət ediblər. Səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun keçdiyi prosedurlar ilə yaxından tanış olublar.

Müəssisə ilə tanışlıq zamanı zavodun müdiri Nəbi Zeynalzadə  jurnalistlərə Masazır Duz Zavodunun açılış mərasiminın 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə baş tutduğunu bildirib.

"Azərduz" markasının marketinq müdiri Lamiyə Bayramova jurnalistlərə zavodda əla növ xörək və ekstra növ süfrə duzlarının istehsal edildiyini bildirib. Duzun keyfiyyət göstəricilərinin yüksək olmasındandır ki, Ukrayna, Rusiya və Qazaxıstan kimi bütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışı həyata keçirilir. Ümumilikdə Masazır Duz Zavodunda istehsal edilən "Azərduz", "Salute", "Bizim Duz", "Tablife", "Chveni Supra" markaları Gürcüstan, Rusiya və Qazaxıstana ixrac edilir.

İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisi Ruslan Allahverdiyev xammalın göl suyundan alındığını və ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini söyləyib. Jurnalistlərə bütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssis istehsal olunan ekstra növ duzların minimum 99.7 faiz natrium xloriddən ibarət olduğunu və bu göstəricinin bütün dünya üzrə çox yüksək olduğunu bildirib. Duz Zavodunda qida duzları ilə bərabər, sənaye duzları da istehsal edilir. Masazır Duz Zavodu ölkəmizdə ekstra keyfiyyətli duzdan tablet duzunun istehsalını həyata keçirən yeganə müəssisədir. Tablet duzları su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunur.

KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər. Onlar burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış olublar.

Ziyarət çərçivəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaya baş çəkən  jurnalistlərə keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi və şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələyə xüsusi həssaslıqla yanaşdığı bildirilib. 

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunan məhsullar "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə" dair dövlət proqramına uyğun olaraq istehsal edilir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq olaraq apardığı monitorinqlərin nəticələrinə görə yüksək qiymətləndirilir.

 





13.10.2019    çap et  çap et