525.Az

Ərdoğan: “İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”


 

Ərdoğan: “İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”<b style="color:red"></b>

“Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır”.

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”, - deyə Türkiyə Prezidenti bildirib.
 
Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək  üçün işlər aparılır.
 
“Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”, - deyə Türkiyə Prezidenti vurğulayıb. 

 





14.10.2019    çap et  çap et