525.Az

Ərdoğan “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür etdi


 

Ərdoğan “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür etdi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxışında başda Azərbaycan olmaqla, ilk gündən Türkiyənin yanında olub, dəstək verən bir hər dövlətə minnətdarlığını ifadə edib.

“Türk dünyasının bizimlə olduğunu, bütün qardaşlarımızın Türkiyə üçün dua etdiyini bilirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 





15.10.2019    çap et  çap et