525.Az

Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik"


 

Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik"<b style="color:red"></b>

“Azərbaycanın öz torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğal altında olması 1 milyondan çox insanı evlərindən uzaqda məcbur köçkünə çevirib. BMT Baş Məclisində dediyim kimi, bu, qəbuledilməz vəziyyətdir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib.

“Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 





15.10.2019    çap et  çap et