525.Az

Qalib hekayələr məlum oldu


 

Qalib hekayələr məlum oldu<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi II Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

525.az-ın məlumatına görə, tanınmış yazıçı və ədəbiyyatşünaslardan ibarət altı nəfərlik münsiflər heyəti 10 ballıq sistemlə müsabiqəyə təqdim olunan hekayələri qiymətləndirib. Münsiflər heyətinin açıqlamasına görə, müsabiqəyə 20 müəllifin 25 hekayəsi daxil olub.

«Xlor» şərti adlı müəllifin «Sınaq» hekayəsi qaydalara uyğun göndərilmədiyindən müsabiqəyə buraxılmayıb. «Venera» şərti adlı müəllifin «Günahsız» hekayəsinin qiymətləndirilməsi isə, həcmi tələb olunandan (3 min sözdən) iki dəfə çox olduğuna görə nəzərə alınmayıb. Beləliklə, münsiflər heyətinin hekayələrə verdiyi ballar hesablanıb və qaliblər müəyyənləşdirilib: Birinci yer – Əjdər Ol (Arabaçı) – «Qəzənfər müəllimgilin Şuşaya yürüşü» - 42 bal; ikinci yer – Pərvin (Libra) – «Çarəsiz yalan» - 35 bal; üçüncü yer – Varis - (Ümid Turan) - «Mariya Selesta ekipajının məhvi» - 34 bal.

Müsabiqənin qaydalarına uyğun olaraq qaliblər oktyabr ayının sonunadək mükafatlandırılacaq.

 





11.10.2012    çap et  çap et