525.Az

1520-ci ilin yazı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1520-ci ilin yazı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

Marqaret Arçibaldla ictimaiyyət qarşısında görüşmək istəmirdi. Əri zinakarlıq edən oğru kimi yaşayırdı. Marqaret ərinə dedi: "Sən həm də mənim rentalarımı oğurlamısan". "Allah, bağışla məni. Mən sənin torpaqlarını qoruyub saxladım və sənin icarəçilərinin və torpaq sahibi kimi sənin yaxşı adını himayə etdim".

"Sən başqa qadını mənim yerimə qoydun".

"Mənim sevgim, mənim məhəbbətim, heç bir qadın sənin yerini tuta bilməz. Bağışla məni". "Mən heç vaxt bağışlamayacağam".

Arçibald başını əydi. "Bir, ya iki aya mən qeybə çəkilməliyəm. Mənim məhəbbətim, arvadım mənim. Mən getməkdə səhv etmişdim. Mən sənin ərin adlanıram, bir dəfəki uğursuzluğuma görə məni bağışla. Mən heç vaxt bir daha səni pis vəziyyətə salmayacağam".

"Sən istəyirsən ki, bütün bu narahatlıqlardan azad olasan?" O, yenə başını aşağı dikdi. Marqaret pıçıldadı: "Sən mənim yanımdan birbaşa onun yanına getmək istəyirsən".

"Eh, Marqaret, sən heç vaxt istəmirdin ki, bütün bunlardan uzaqlaşıb, İngiltərəyə gedəsən. Öz qız dövrünə qayıt". Axırda dedi: "Sən heç vaxt məndən azad ola bilməzsən". O, arvadının dodaqlarından öpdü: "Biz heç vaxt bir-birimizdən azad olmayacağıq".

Ər-arvad təntənəli şəkildə Edinburqa girdilər. Marqaret Holiruudhauz sarayına, oğlunun yanına getdi. Oğlan anası ilə utancaq qaydada davranırdı. Kreysmillar qəsrindən sonra onlar bir yerdə yaşamamışdılar. Oğluna dedi ki, "Onlar istəmirlər ki, mən səninlə olum. Mən çalışdım ki, sənin yanına gəlim. Onlar mənə icazə vermirdilər".

Anası inana bilmirdi ki, artıq oğlunun 7 yaşı vardır. O, cavab vermək üçün sözləri ehtiyatla seçirdi. Marqaret oğluna dedi: "Şotlandiya fransızlardan azad olmalıdır. Sən ingilis qadının oğlusan, sən ingilis taxt-tacına varissən. Sən fransız məsləhətçilərini istəməməlisən. Bunları heç vaxt unutma".

Marqaretə dedilər ki. Arçibald Nyuark qəsrində Canet Styuartın yanına getmişdir və arvadı bunu bilməlidir. Lakin Ard özü bunu Marqaretə deməmişdi. Marqaret Arçibalda inanmırdı. Üstəlik, öz bacıları da onu satmışdılar.  

1520-ci ilin yazı 

Marqaret Şotlandiya regenti kimi, nəhayət, Edinburq qəsrində lordlar və Şuranın başçısı tərəfindən qəbul edildi. Ona bu qəsrə girməyə icazə verildi. O, oğlunun mənzilinə gəlib, onun dərslərini və əyləncələrini müşahidə edirdi.

O, Katerinadan məktub aldı: "Kral ərim Fransa kralı Fransiskdən məktub almışdır və təəccüblü qaydada hali olmuşdur ki, sən hersoq Olbaniyə müraciət edib, onun Şotlandiyaya qayıtmasına israr etmisən. Həm də Müqəddəs Ataya (Papaya) deyilmişdir ki, kral IV Ceyms Floddendə öldürülmədiyinə görə sən nikahdan azad olmayacaqsan. Sən də bilirsən ki, bu, həqiqət deyildir. Belə deyirlər ki, hersoq Olbani Şotlandiyaya dönəndə, onun arvadı ölsə, ona ərə gedəcəksən. Bu isə dəhşətli skandaldır. Mən sənin əziz oğlunu sevirəm. Marqaret onun haqqında fikirləş. Bəs sənin qızın? Boşanmaq onun adını bastard (haramzada) edəcəkdir. Mənim royal bacım ola-ola, sən necə özünü fahişə edə bilərsən?"

Marqaret oğlunu Anqusla Hamilton arasında döyüş gedən vaxtdan görməmişdi. O, ərini də qəsrə yürüş edəndən sonra görməmişdi. Onun artıq qızı yox idi, atasının yanında idi, oğlu da yox idi, əslində, həbs edilmişdi. Heç bir müttəfiqi də yox idi. Onun əri də yox idi və Katerina ona demişdi ki, o, yalnız imkan olan şəraitlərdə öz bacılarına malik olacaqdır.

O bilirdi ki, Katerinaya uduzmuşdur. Bu, o qadın idi ki, 15 yaşında vətənini tərk etmiş və illərlə tənhalıqda və yoxsulluqda qalmağa dözmüşdü ki, krala ərə getsin və İngiltərə kraliçasına çevrilsin. Marqareti isə məcbur edirdilər ki, oğlunu tərk etsin. Əri artıq ona düşmən olmuşdu, onunla barışa bilməzdi. Onların arasında hər şey bitmişdi. Hersoq ona dedi ki, sən mənə bel bağlamalısan. Marqaret vəd verdi: "Mən heç vaxt onun yanına geri dönməyəcəyəm". Hersoq dedi: "Sən məndən asılı ola bilərsən".  

1522-ci ilin yazı 

Marqaretgil bir güllə atmadan belə Edinburq qəsrini aldılar. Arçibald sadəcə təslim oldu, qəsri və arvadının uşaqlarını tərk etdi. Hersoq isə onu mühafizə altında Fransaya göndərdi. Onun əmisi Qeyvin Duqlas İngiltərəyə Harrinin yanına qaçmışdı.

Marqaretin oğlu Ceyms qəsrin içərisində saxlanırdı. Ceymsin boyu bu bir ayda xeyli böyümüşdü, anası onu görəndən bəri, az da olsa, bədəni möhkəmlənmişdi. Bu vaxt onun 10 yaşı var idi.

Arçibaldın əmisi Qeyvin Duqlas Londonda sarayda hörmətli qonaq kimi saxlanırdı və hamıya demişdi ki, Marqaret hersoq Olbaninin məşuqəsidir. O, hətta and içirdi ki, hersoq, Marqareti şirnikləndirmək üçün qayıtmışdır, onun oğlunu öldürəcək və özü taxt-taca çıxacaqdır. O, belə ittiham irəli sürürdü ki, hersoq Marqaretin oğlunu yoxsul bir şəraitdə saxlayır, oğlana öz müəllimləri ilə görüşməyə də icazə vermir. Bu söhbətlər Vetsminister sarayında gedirdi. Hətta Meri ağlamışdı ki, bunlar düz ola bilməz.

Katerina Marqaretə yazırdı: "Mən əminəm ki, sən tənhasan və kədər içərisindəsən. Əgər Arçibald Fransadan sənin yanına qayıtsa, sən onu geri qəbul etməlisən. Yalnız öz ərinlə birləşməyinlə bu dəhşətli əhvalatlara son qoyulacaqdır".  

1523-cü ilin yazı 

Marqaret oğlu Ceyms və qızı Marqaret ilə birlikdə yayı Stirlinq qəsrindəki gözəl sarayda keçirdi. Şotland lordları hersoq Olbanidən xahiş etdilər ki, qayıtsın. O, Şotlandiyada olmayanda Harri bacısına İngiltərə ilə Şotlandiya arasında davam edən sülh barədə yazmışdı.

Hersoq Olbani xəbərdarlıq etmədən geri qayıtdı və İngiltərə ilə müharibə aparmağı qərara aldı. Ceyms bu vaxt 11 yaşında idi.

Krallığı birləşdirmək və kralın taclanması üçün nə etmək lazım idi? Marqaret ümidsizliklə Harriyə məktub yazdı. Şotland lordlarını onun oğlunu kral qəbul etməyə inandırmaq heç də yaxşı yol deyildir. 

Marqaret yazırdı ki, o, Arçibaldla bir daha yaşaya bilməz. Əlində qan olan adamın yanına mən dönə bilmərəm. Katerina və Meri isə deyirlər ki, nikah andları əbədi qüvvədə qalmalıdır.

Marqaret qardaşına yazırdı ki: "Mən boşanma qərarını icra etməliyəm. Səndən xahiş edirəm ki, əminlik yarat ki, Arçibald heç vaxt Şotlandiyaya geri dönməsin, kral qardaşım onunla əlaqə saxlamamalıdır".  

1524-cü ilin yayı 

Katerina və Harri təkcə bir qızları olduğundan, onun Ceymsə ərə getməsini doğma bibisinə təklif edirdilər. Onlar təsdiq edirdilər ki, Ceyms İngiltərə taxt-tacının varisi adlanacaqdır. Harrinin qanuni doğulmuş qızı isə İngiltərə kraliçasına çevriləcəkdir. O, öz bibisi oğluna, şotland kralına və İngiltərə varisinə ərə getsəydi, onun yeri daha çox qarantiyaya malik olardı.

Marqaret soruşdu: "Printsessa Müqəddəs Roma imperatoruna nişanlanmışdı, lakin bu vaxt Meri ispaniyalı ilə olduğu kimi, Fransa kralına nişanlandı və ona da ərə getdi". Bunu onun qardaşı da adi hal kimi qiymətləndirmişdi.

Henri Styuart Marqaretin yanına, Edinburqdakı Holiruudhauz sarayına gəlib dedi ki, "Əlahəzrət, özünü qoru, sənin haqqında bəd xəbərlər almışam. Allah sənin varlığını qorusun". "Ərin Arçibald Duqlas, Anqus qrafı şəhərdədir". Marqaret dedi: "Mən eşitmişəm ki, Anqus qrafı Şotlandiyaya dönmüşdür". Henri dedi: "Əlahəzrət, o, sizə narahatlıq törədəcəkdir".

Meri isə bacısına yazırdı: "Ledi Keyrey (o, Meri Boleyn olanda, - bu qız VIII Henrinin gələcək arvadı Anna Boleynin bacısı idi, - çox yaxşı qız idi) öz yatağına götürüldü və kiçik qız doğmuşdur. Əlbəttə, hamı bilir ki, qızın atası Harridir və Boleyn ailəsinə xeyli torpaq və titullar hədiyyə verilmişdir. Onun uşağı doğulanda və böyüyəndə Harri sevinirdi. Katerina isə buna heç bir izahat vermirdi. Ümumiyyətlə, heç nə. Mən düşünürəm ki, Harri çətinlik hiss edir".

Arçibald gizli orduya malik idi, o, özünü biabır edəcəkdi. Arçibaldın yüzlərlə adamı vardır və onlara o, ümumiyyətlə, nəzarət etmir. Marqaret and içdi ki, "Mən onları məhv edəcəyəm". Arçibald Anqusun başçılığı altında olan Duqlas klanı şəhərdən geri çəkildi və qapılar onların üzünə bağlandı. Marqaretə xətər toxunmamışdı.

Henri Styuart onu atın belindən yerə saldı, onun əlləri qadının bədənini sevgili bir adam kimi qucaqlamışdı. Əgər bu, təbii görünsəydi, onu saxlayardı və qadın da öz başını onun çiyinləri üzərinə qoyardı. Henri dedi: "Mənim məhəbbətim, Allaha şükür, sən salamatsan".

O, Marqareti sevirdi, qadın lap elə birinci gündən bunu bilmişdi. Onu Ceymsin dostları arasında qeyd etmişdi, o, başqalarından bir baş yuxarı idi. Marqaret bilirdi ki, onun xoşuna gəlir, həm də o, qadını güldürürdü. Onun qayğı göstərməsindən Marqaret şad idi, onunla olanda özünü təhlükəsiz hesab edirdi. Lakin Marqaret məhəbbət haqqında fikirləşmirdi. Arçibald ona xəyanətini təkrar etdikdə, Marqaret düşündü ki, sevə bilməyini artıq unutmuşdur.

Nəhayət, onun qucağından geri çəkildi. Onlar ehtiyatlı olmalı idilər. Qadın öz əleyhinə söz deyilməsinə razı ola bilməzdi, axı o, gənc kralın regenti idi. Henri dedi: "Bağışla məni". "Bağışlamaq?" Marqaret ehtiyatlı pıçıltı ilə dedi və ölüm yaxın olan vaxt gələn həyat haqqındakı qəfləti bir ehtiras barədə düşündü, ərinə necə nifrət edirdisə, Henriyə eyni dərəcədə ehtiraslı məhəbbət bəsləyirdi. "Eh, Allah bağışlasın. Gecə yanıma gəl".  

1525-ci ilin yazı 

Heç kəs bilmirdi ki, Marqaret Henri Styuartla Edinburqun Holiruudhauz sarayında eşq macərası yaşayır. Henri ilə Marqaret sakit idi. Qadının çox sayda düşmənləri var idi, heç bir müttəfiqi isə yox idi.

Meri bacısına yazırdı: "Anna Boleyn öz bacısı Meri Keyreyə, həqiqətən, rəqib oldu. Bunlar Boleynin qızlarıdır. O, Fransada, sarayda kiçik ledi qız olmuşdu və çox məlahətlidir, həm də hazırcavab olmaqla yanaşı, ağıllıdır. O, öz bacısı ilə birlikdə bütün sarayı alt-üst etmişdir. Harri onların ikisi arasında başını itirmişdir. O, bizim bacımız Katerinaya soyuq münasibət bəsləyir, arvadına gəldikdə, bunlar onun xoşuna gəlmir. Boleynin qızları bu Milad bayramında sarayın kraliçaları idilər, onlar əyləncə və oyunlar təşkil edirdilər, Anna Boleyn də onların hamısında qalib gəlirdi. O, çox sevilən bacını öz yanında silaha döndərdi, mənim də bir adam kimi səthi intellektə malik olan tək görünməyimə nail oldu. İndi fikirləş ki, yazıq Katerina onunla necə müqayisə olunsun. O, çox riskli qızdır. Onun necə olacağını Allah bilir, lakin o, heç də gözəl kiçik fahişə deyildir; o, çox şey üçün acdır".

Marqaret isə Arçibaldın yenidən yaxında olmasından qorxu hiss edirdi, dəhşətə gəlirdi. Henri dedi ki, "Əgər o, sənin yanına gəlsə, biabır olacaqdır. Sən onun üzünə tüpürməlisən".

Marqaret dedi: "Yox, heç vaxt. O, məni nə öpə bilməz, nə də mənim əlimi sıxa bilməz".

Marqaret Henridən xahiş etdi ki, ona və oğluna görə Arçibalda toxunmasın. Nəhayət, Henri yumşalıb dedi: "Ceymsin naminə".

Həmin axşamı Marqaret Katerinadan məktub aldı: "Harri sənin ərinə təkid etdi ki, sənə qarşı alicənablıqla davransın və səbirli olsun. O, buna söz verdi. Həm də mənə vəd verdi ki, sən Arçibaldın yanına qayıtmağa və ər-arvad kimi yaşamağa borclu deyilsən. Mən onu müşahidə etdim və o, məni inandırdı ki, o, sənin həqiqi və sevən ərindir. Sənin isə onun yanına qayıtmamağına heç bir səbəb yoxdur".

Marqaret ömründə heç vaxt belə məktub oxumamışdı. O, ictimaiyyət qarşısında özünü elə göstərirdi ki, Arçibaldla barışmışdır. Katerinadan alınan məktubda isə deyilirdi: "Ərim və mən razılaşdıq ki, əgər sən boşanmağı qərara almısansa, sən öz oğlunu və ya kraliçalığını qorumağa yararlı olmayacaqsan. Sən öz sevgilini saxlamaq üçün sürgünə yollanmalısan, - biz eşitmişik ki, sənin məşuqun Henri Styuartdır. Marqaret, əgər sən öz nikah andlarını inkar etsən, sən əbədi lənətə tuş gələcəksən, mənə və ərinə heç də bağlı olmayacaqsan. Heç nə həqiqi nikaha son qoya bilmir. Sən görməlisən ki, mən Allahın iradəsini və ərimin istəyini necə qəbul etmişəm. Lakin bu, mənim nikahımın sonu deyildir. Heç nə bunu edə bilməz. Heç bunu nə vaxtsa da edə bilməz".

(Ardı var)

 





15.10.2019    çap et  çap et