525.Az

Avtomobil idxalı kəskin artıb


 

Avtomobil idxalı kəskin artıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 88,6% çoxdur.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 89,5% artıb.

Bundan başqa, yanvar-sentyabrda ölkəyə 2 597 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 72,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 371 ədəd (artım təxminən 3,4 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 115 ədəd (artım 35,3%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

 





16.10.2019    çap et  çap et