525.Az

Məmmədyarov Yaponiyanın xarici işlər nazirinə başsağlığı verib


 

Məmmədyarov Yaponiyanın xarici işlər nazirinə başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqiyə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat verilib.

“Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqiyə və Yaponiya xalqına, xüsusilə “Hagibis” qasırğasının qurbanlarına və onların ailələrinə başsağlığı verib. Qasırğa səbəbindən ölənlərin ruhları şad olsun!”, - deyə məlumatda qeyd olunub.

 





16.10.2019    çap et  çap et