525.Az

Nazir: “Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil”


 

Nazir: “Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil”<b style="color:red"></b>

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O deyib ki, yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır: "Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığını  və gediş-gəlişlə bağlı problemləri xüsusilə kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".

 





17.10.2019    çap et  çap et