525.Az

Ərdoğan ABŞ vitse-prezidenti ilə görüşdü


 

Ərdoğan ABŞ vitse-prezidenti ilə görüşdü<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, mətbuata qapalı olan 1 saat 40 dəqiqəlik görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb.

İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb. Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.

 





18.10.2019    çap et  çap et