525.Az

Pens: "YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək"


 

Pens: "YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək"<b style="color:red"></b>

"Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".

APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O, qeyd edib ki, YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanla təhlükəsiz bölgə məsələsində razılaşma əldə edilib: "Barış bulağı" əməliyyatı dayandırılacaq, 5 gün içində təhlükəsiz bölgə elan ediləcək və YPG ərazidən çəkiləcək. Suriya sərhədlərində təhlükəsizlik təmin olunacaq".

Pens hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.

 





18.10.2019    çap et  çap et