525.Az

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb


 

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb<b style="color:red"></b>

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla  25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

Məlumat üçün qeyd edək ki, AzMİU-da əməkhaqlarının artırılması dövlət sifarişi əsasında oxuyan tələbələrin təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılması ilə bağlıdır.

Ölkə prezidentinin apardığı sosial islahatların tərkib hissəsi kimi bu addım da təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb. Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə  təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.

 





18.10.2019    çap et  çap et