525.Az

Nazirlik: "Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır"


 

Nazirlik: "Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır"<b style="color:red"></b>

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib:

“Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

 





18.10.2019    çap et  çap et