525.Az

Ərdoğan: “Suriyanın şimalındakı qüvvələrimiz hələlik bölgəni tərk etməyəcək”


 

Ərdoğan: “Suriyanın şimalındakı qüvvələrimiz hələlik bölgəni tərk etməyəcək”<b style="color:red"></b>

“Dünən ABŞ-ın vitse-prezidenti Mayk Penslə həm iki tərəfli, həm də məhdud tərkibdə görüşlər keçirdik. Görüşlərin nəticəsində 13 maddəlik ortaq bəyanatı ictimaiyyətə açıqladıq. Artıq 120 saatlıq proses başlayıb”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, 120 saat ərzində təhlükəsiz bölgənin boşaldılması barədə razılıq əldə olunub.

Ərdoğan gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini xatırladıb.

“Putinlə keçirəcəyim görüşü Suriyanın şimalında əldə edilmiş atəşkəsin bir elementi olaraq görürəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan bildirib ki, Suriyanın şimalında olan Türkiyə qüvvələri hələlik bölgəni tərk etməyəcək.

Müdafiə naziri ilə danışdığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, hazırda Suriyanın şimalında hər hansı toqquşmadan söhbət gedə bilməz.

 

 





18.10.2019    çap et  çap et