525.Az

Neft Məktəbi yeni anlaşma Memorandumu imzaladı


 

Neft Məktəbi yeni anlaşma Memorandumu imzaladı<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Bahar Enerji Əməliyyat Şirkəti"nin prezidenti Con Harkinslə görüşüb.

Con Harkinsi təyinatı münasibəti ilə təbrik edən Elmar Qasımov Bakı Ali Neft Məktəbi, təlim-tədris prosesi, həyata keçirilən işlər, əldə olunan uğurlar barədə qonağa ətraflı məlumat verib.

Rektor ölkənin ən intellektual və qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərinin Bakı Ali Neft Məktəbini seçdiyini vurğulayaraq, bu il Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 23-nün məhz Bakı Ali Neft Məktəbinin tələbəsi olduğunu diqqətə çatdırıb. BANM-də müasir beynəlxalq tədris sisteminə uyğun ingilisdilli peşəkar mühəndis kadrlarının hazırlandığını bildirən E.Qasımov Ali Məktəbin beynəlxalq səviyyəli yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini də qeyd edib.

Rektor Ali Məktəbin məzunlarının partnyor şirkətlərdə istehsalat təcrübəsi keçdiyini, eləcə də, işlə təmin olunduğunu vurğulayıb. O eyni zamanda, gələcəkdə "Bahar Enerji Əməliyyat Şirkəti"ndə çalışan bir neçə mütəxəssisin BANM-in məzunlarından olacağına ümidvar olduğunu deyib.

Con Harkins isə bildirib ki, "Bahar Enerji Əməliyyat Şirkəti"in 800 işçisindən 12 nəfəri peşəkar mühəndisdir. O eyni zamanda qeyd edib ki, 5 il əvvəl şirkətdə 12 xarici əməkdaş çalışırdısa, bu gün onların sayı cəmi 3 nəfər təşkil edir. Çünki əcnəbilərin tutduğu yüksək vəzifələri indi yerli mütəxəssislər icra edir.

Sonda qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

S.QARAYEVA

 





18.10.2019    çap et  çap et