525.Az

Misir Mərdanov: "Bütün məktəblərin istiliklə təmin olunacağını demək olmaz" - açıqlama


 

Misir Mərdanov: "Bütün məktəblərin istiliklə təmin olunacağını demək olmaz" - <b style="color:red"> açıqlama</b>

"Qarşıdan gələn qış aylarında ölkə ərazisindəki bütün təhsil müəssisələrinin istiliklə tam təmin olunacağını və problemlərin həll olunacağını demək olmaz".

525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil Naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, ölkədə 4500-dən çox məktəb, çoxlu sayda uşaq bağçaları, ali məktəblər var:

“Bu müəssisələrdə istiliklə bağlı problemlər hər il aradan qaldırılır. Çünki rayonlara, kəndlərə qaz xətti çəkilir və qazlaşdırılan ərazilərdə istiliklə bağlı problemlər həll olunur. Ancaq qazlaşlaşdırılmamış ərazilərdə istilik problemi ola bilər”.

S.QARAYEVA

 





11.10.2012    çap et  çap et