“Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb. Biz onlara qardaşlığımızı göstərmişik”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, Türkiyə bu günə kimi suriyalı qaçqınlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib:
“Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib”.
E. Özoral qeyd edib ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb:
“Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib”.