525.Az

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi - Yenilənib


 

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi - <b style="color:red">Yenilənib </b>

Bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

APA-nın xəbərinə görə, səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

*** 16:58

AMEA-nın ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçki başlayıb.

APA-nın xəbərinə görə, akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

*** 16:03

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

APA-nın xəbərinə görə, ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

 





23.10.2019    çap et  çap et