525.Az

Nazirlər Kabinetinə 2020-ci ildə ayrılacaq vəsaitin məbləği məlum oldu


 

Nazirlər Kabinetinə 2020-ci ildə ayrılacaq vəsaitin məbləği məlum oldu<b style="color:red"></b>

Nazirlər Kabinetinə gələn il üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Nazirlər Kabinetinə 12 milyon 722 min 766 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

 





24.10.2019    çap et  çap et