525.Az

Gələn ilin yazında alternativ enerji sahəsində hərraclar keçirəcək


 

Gələn ilin yazında alternativ enerji sahəsində hərraclar keçirəcək<b style="color:red"></b>

Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək.

"APA-Economics"in məlumatına görə, bunu Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.

S.Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır.

“Əsas məqsəd 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payını 30%-ə çatdırmaqdır”, - deyə S. Axundov əlavə edib.

Agentliyin rəsmisi onu da qeyd edib ki, Strateji yox xəritəsinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji üzrə 420 MVt-lıq stansiyalar tikiləcək. Bunun 350 MVt-ı külək, 50 MVt-ı günəş, qalan 20 MVt-ı isə biokütlə stansiyalarının payına düşəcək.

Qeyd edək ki, hazırda alternativ enerji mənbələrinin respublika üzrə elektrik enerjisinin istehsalında 8,1%-dir.

 





24.10.2019    çap et  çap et