525.Az

"Mənim balaca Şahzadəm" Beynəlxalq Film Festivalında


 

"Mənim balaca Şahzadəm" Beynəlxalq Film Festivalında <b style="color:red"></b>

"Azanfilm" animasiya studiyasının istehsalı olan "Mənim balaca Şahzadəm" ("My Little Prince") qısametrajlı animasiya filmi Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq Film Festivalında iştirak edir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin "Balaca şahzadə" əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya üslubu ilə təsviri əlaqələndirilməsi yeni bir  stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib.

 





25.10.2019    çap et  çap et