525.Az

Türkiyəli araşdırmaçı Folklor İnstitutunda olub


 

Türkiyəli araşdırmaçı Folklor İnstitutunda olub<b style="color:red"></b>

Aşıq sənəti üzrə türkiyəli araşdırmaçı Necdet Kurt Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Muxtar İmanov və Musiqi folkloru söbəsinin müdiri, professor Nailə Rəhimbəyli ilə görüşdə türkiyəli araşdırmaçı elmi fəaliyyətindən danışıb.

Bildirilib ki, Necdet Kurt hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərib, Tokat və Amasya bölgələrinin xalq mahnılarını araşdıraraq nota salıb. O, Türkiyə ilə yanaşı, Yunanıstan, Kosova, Gürcüstan və Qazaxıstanda beynəlxalq simpoziumlarda məruzələrlə çıxış edib. Həmçinin, Almaniya, Avstriya, Avstraliya, Yunanıstan, Hollandiya, Kosova və Qazaxıstanda konsertlər verib.

Tanınmış alimlərdən dərs almış Necdet Kurt 30-dan artıq məqalənin və 3 kitabın müəllifidir.

Qeyd olunub ki, o, Aşıq Şənliyin, Aşıq Veysəlin yaradıcılıqlarını, o cümlədən, Sivas aşıq mühitinin özəlliklərini tədqiq etmək niyyətindədir. Bakıda olduğu müddətdə Necdet Kurt aşıq sənətkarlarla görüşüb, onlarla fikir mübadiləsi aparıb.

 

 





26.10.2019    çap et  çap et