525.Az

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olundu


 

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olundu <b style="color:red"></b>

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

"APA-Economics"in məlumatına görə, yeni naziri kollektivə Azərbaycanın Baş naziri Əli Əsədov təqdim edib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

 





28.10.2019    çap et  çap et