525.Az

Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır


 

Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır<b style="color:red"></b>

Azərbaycan Maliyyə Nazirliyində Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması ilə bağlı işlər növbəti mərhələyə qədəm qoyub.

“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə nazirlik tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PricewaterhouseCoopers” (PwC) şirkəti əməkdaşlığa cəlb edilib.

Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin tətbiqi ilə bağlı məlumatlar öyrənilərək PwC şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və www.tender.gov.az saytında tender elanı yerləşdirilib.

 





28.10.2019    çap et  çap et