525.Az

Bəstəkarlar İttifaqının X qurultayı keçiriləcək


 

Bəstəkarlar İttifaqının X qurultayı keçiriləcək<b style="color:red"></b>

Sabah Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X Qurultayı keçiriləcək.

APA-nın xəbərinə görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.

Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.

 





29.10.2019    çap et  çap et