525.Az

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında


 

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında <b style="color:red"></b>

Azərbaycanın nümayəndə heyəti 28 oktyabr – 22 noyabr tarixlərində Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransında təmsil olunur.

"APA-Economics"in məlumatına görə, konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri 5G, yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ümumdünya radio rabitə konfransları hər üç-dörd ildən bir keçirilir və onların səlahiyyətlərinə, zərurət yarandığı hallarda BTİ-nin radiorabitə Qaydalarına, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsini tənzimləyən beynəlxalq müqaviləyə yenidən baxılması daxildir.

 





29.10.2019    çap et  çap et