525.Az

FHN Xəzərdə baş verən partlayışla bağlı məlumat yaydı


 

FHN Xəzərdə baş verən partlayışla bağlı məlumat yaydı <b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.

 





29.10.2019    çap et  çap et