525.Az

Nazirlik: "Oktay Gülalıyevin müalicəsi reanimasiya şöbəsində davam edir"


 

Nazirlik: "Oktay Gülalıyevin müalicəsi reanimasiya şöbəsində davam edir"<b style="color:red"></b>

Oktyabrın 29-da piyada keçidində avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub. O, dünən “City Hospital”da əməliyyat olunub.

 





31.10.2019    çap et  çap et