525.Az

"Logistika və qablaşdırma fermerlərin ən böyük problemlərindəndir"


 

"Logistika və qablaşdırma fermerlərin ən böyük problemlərindəndir"<b style="color:red"></b>

Logistika və qablaşdırma Azərbaycan fermerlərin ən böyük problemlərindən biri sayılır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Eurasia Road Show 2019" konfransında çıxış edən "Dövlət Aqrar Ticarət Şirkəti"nin direktoru Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, fermerlərlə birgə əməkdaşlıq nəticəsində ötən ildən etibarən "Kənddən Şəhərə" adlı layihəyə başlanılıb ki, bu da qeyd olunan problemlərin aradan qaldırılmasında böyük rol oynayır.

"Fermerlər artıq istehsal etdikləri məhsulları qablaşdırılmış şəkildə yarmarkalar vasitəsilə birbaşa müştərilərə satışını təşkil edir. Belə yarmarkalar, demək olar ki, hər ay keçirilir", - deyə L. Məmmədova qeyd edib.

 





31.10.2019    çap et  çap et