525.Az

Nazir: "Su hövzələrində istənilən sayda balıq yoxdur"


 

Nazir: "Su hövzələrində istənilən sayda balıq yoxdur"<b style="color:red"></b>

"Sahildə, nohurlarda balığın yetişdirilməsinin genişləndirilməsi böyük proqramlardan biridir. Kənd Təsərrüfatı Nazirliyi və AQTA ilə birlikdə bu proqramın üstündə çalışırıq".

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, indi su hövzələrində istənilən sayda balıq yoxdur:

"Əvvəl balıqların 10 faizi nohurlarda yetişdirilir, 90 faizi isə təbii yolla çaylardan, dənizlərdən tutulurdu. İndi bu tarazlaşıb. 50 faiz balıq təbii yolla, 50 faiz isə nohurlarda yetişdirilir. Hazırda sahildə yetişdirilən balıqların bazara çıxarılması prosesi gedir. Rayonlarda mütərəqqi texnologiyalar əsasında bir neçə müəssisə fəaliyyət göstərir. Bir neçə ildən sonra balıq resurslarımızın bazarda olmasını müşahidə edəcəyik. Nohurlarda balıqların sayı artacaq. Bu balıqlar arasındakı dad fərqinə gəlincə, balıq nə ilə qidalanırsa onun tamını verir. Balıqlara sağlam qida verilərsə, o qədər başqa tamlar azalacaq. Dadında fərq olsa da, bu fərq az olacaq".

 





31.10.2019    çap et  çap et