525.Az

Bəşər Əsəd əl-Bağdadinin öldürülməsinə şübhə ilə yanaşır


 

Bəşər Əsəd əl-Bağdadinin öldürülməsinə şübhə ilə yanaşır<b style="color:red"></b>

Suriya prezidenti Bəşər Əsəd Dəməşqin İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi ilə bağlı ABŞ ilə əlaqə yaratmadığını və sübutlar təqdim olunana qədər onun öldürülməsinə inanmadığını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə yerli dövlət telekanallarına müsahibəsində deyib.

“Əl-Bağdadinin öldürülməsi ilə bağlı Amerika qurumları ilə əlaqə yaratmamışıq. Ən əsası, bu əməliyyatın həqiqətən də həyata keçirilib-keçirilmədiyini də bilmirik”, - Əsəd belə deyib.

Onun sözlərinə görə, ABŞ hələ də İŞİD liderinin öldürülməsinə dair heç bir dəlil təqdim etməyib və rəsmi Dəməşq özünün ABŞ-a bəhs edilən “yardım”ı barədə də yalnız KİV-dən eşidib.

Bununla yanaşı, o, terror ideologiyasının həyatda olduğu müddətdə əl-Bağdadinin və ya hətta bütün terrorçuların ölümünün ümumi vəziyyətə təsir etməyəcəyini vurğulayıb.

 





01.11.2019    çap et  çap et