525.Az

Kürsü bülbülü (hekayə)


 

Kürsü bülbülü (hekayə)<b style="color:red"></b>

Qərib MEHDİ

Şəhərə təzə başçı təyin edilmişdi. Yatanlar oyanmış, oyaqlar isə çalxantılı bir intizar içində fürsət gözləyirdilər. Fitrətən qaz ayıqlığına malik olan Şərbətalı bəy gözləyənlər arasında üstün cəhətləri sayəsində həmkarlarından seçilirdi. Maraqlılar təzə başçının tərcümeyi-halının görünən görünməyən tərəflərini, nəyə meyilliliyini, yuxarılarda kimlə bağlılığını, yerliçilik şakərinin dərəcəsini, üslubunu, kadrlara hansı bucaqdan baxışını, başlıcası, tərifə, alqışa yatımlılığını araşdırmaqla məşğuluydular. Maraqlılar dalğalı dənizdə vurnuxan kiçik orta həcmli qayıqlara, gəmilərə oxşayırdılar. OnlarŞəhərbaşıadlı limana yan almaq üçün münasib şərait, uğurlu fürsət axtarırdılar. Şəhərbaşını ələ almaq üçün hərə öz silahı iləkimi xahişi, kimi pulu, kimi gülü, kimi dili ilə hazır dayanmışdı. Şərbətalı bəyin silahı yasalamaqda Fransa yağını, şirinlikdə Hindistan şəkərini geridə qoyan diliydi. Allah bu dili ona çörək ağacı kimi bəxş etmişdi. Bu dilin cazibəsinə, ovsununa düşməyən şəhər rəhbəri yoxuydu. İstək, arzu qarşılıqlıydı. İxtiyar sahibləri belə bir dilsiz keçinə bilmirdilər. Axı necə keçinə bilərdilər?! Bu dil özünün möcüzə qabiliyyətiləFış!..” eləyib, “Fiş!..” eləyib zibillərinikişmişeləyib tökürdü camaatın cibinə.

Şəhərə təzə başçı təyin edilmişdi. Maraqlılar amadə dayanmışdılar. Hamı bir-birinə amansız rəqib kimi baxırdı. Qısqanclıq alovunun şiddəti bir-birini qarsıyırdı. İlk təmas addımını atmaq kimə nəsib olacaqdı? Əlbəttə, bu qapı qarşı tərəfdən, səlahiyyət sahibi tərəfindən açılmalıydı. Rəhbər ilk dəfə kimə iltifat göstərib əl uzadacaqdısa, birincilik ona nəsib olacaqdı.

Rəhbərlər çörəksiz, susuz yola gedə bilərlər, tərifsiz yox. İllah da ki, bu tərif tribunadanxitabət kürsüsündən deyilə! Usta natiq tərəfindən söz kürsüsündən yağdırılan tərifin qiymətini müəyyənləşdirmək çox çətindir. Bir şey ki, xəstə rəhbərə oksigen balıncı kimi vaxtında çatdırıla, doğrudan da, onun dəyəri əvəzsizdir. Xalq onun ən mahir ifaçılarınakürsü bülbüllərideyir. Şərbətalı bəyin rəqibləri çox olsa da, o, özünü bir nömrəli kürsü bülbülü hesab edirdi.

Kürsü düşkünlüyü qarşılıqlı idi. Bu mərəz həm eşidəni, həm deyəni öz ağuşuna almışdı. Yoluxandan sonra kürsü düşkünü xəstəliyindən qurtulmaq müşkül məsələdi. Kürsü bülbülləri həftədə bir-iki dəfə ötməsəydilər, özlərini halsız hesab edərdilər. Elə rəhbərlər . Tərif səlahiyyətlilər üçün can-əzələ masajından az əhəmiyyətli olmayan söz masajı, söz sığalıdır. Birini soyunanda, o birini geyinəndə icra edirlər.

Modernləşmə həyatın bütün sahələrində aparılır. O cümlədən, söz kürsüləri bu inkişafdan yan durmayıb. Vaxtilə zəhmli hündürlüyünə, təhdidedici mikrafonlarına xof içində baxdığımız söz kürsülərinin indi enindən, uzunundan, hündürlüyündən çox alıblar. Adamdan yekə olanlar indi adamdan balaca görünür. Bu modernləşməni başqa yerlərdə başqa cür aparmışdılar. Şərbətalı bəyin yaşadığı şəhərdə isə bu modernləşmə tamam fərqli mətləblərdən xəbər verirdi.

Şərbətalı bəy elə bir can-cüssə sahibi deyildi. Vaxt var idi, bu balaca kişi iri tanka oxşayan kürsünün içində itib-batırdı. Onun nəriltili, gurultulu çıxışıtankın içindən iclas salonuna yayılırdı. Yığıncaq iştirakçıları təkcə onun havada oynayan, sözünün kəsərini artıran, emosiyasını yüksəldən əllərini görərdilər. Əlbəttə, boyu udulmasaydı, onun od saçan ağzını, qızmış gözləri üstündə rəqs edən qaşlarını, hərəkətlərində aktyorluq texnikasını, tələbata uyğun səsinin enişini, qalxışını daha əyani müşahidə edərdilər. ona heyranlıqla qulaq asan, məmnuniyyətlə başını yırğalaya-yırğalaya dediklərini təsdiq edən rəhbərin necə xoşallandığının şahidi olardılar.

İtkiyə dözmək olmazdı. Şərbətalı bəy Allahın kürsü deyilən quru taxtasına təpinə-təpinə, barmaqlarını silkələyə-silkələyə onu əridib kiçiltdi. axır ki, özü göründü. Şərbətalı bəyin özünəməxsus kürsü islahatı belə başa çatdı.

Hərdən Şərbətalı bəyə peşəsilə bağlı da müraciət edirlər: “Kürsü bülbülü”. Bu, onun kimliyini təyin edən, lakin kimliyinə yazılmayan ikinci adıdır. O, bu addan incimək nədir, hətta onunla qürur hissi duyur: “Bülbül ötməsə, bahar gəlməz. Bülbül ötməsə, gül-çiçək açmaz. Bülbül ötməsə, sevgililər sevdaya düşməz. Bülbül ötməsə, rəhbərləri yuxuya vermək olmaz. Yuxu rəhbərin dərmanı, Şərbətalı bəyin dəyirmanıdır. Biri bişirməsə, o biri düşürməz. Tərif masajına alışanlar bizsiz keçinə bilməzlər. Ona görə həmişə biz onların yanında, onlar da bizim yanımızda olurlar. Məni təəccübləndirən təzə şəhərbaşıdır. Necə ola bilər ki, indiyədək kürsü bülbülü onun yadına düşməsin?!”.

İkinci adından fəxarət duyan Şərbətalı bəyə bir dəfə demişdilər: “– Xaricdə mənəvi məziyyətləri test üsulu ilə yoxlayırlar. Anketdə bir neçə söz yazılır:  pul düşkünü, qadın düşkünü, içki düşkünü, kürsü düşkünü. Bunların hansına aşiqsənsə, altından qara xətt çəkməlisən. Sənin kimi xəstəliyə düçar olanlarkürsü düşkünüsözlərinin altından xətt çəkir. Sən testsiz mahiyyəti eyni, şəkli cəhətdən fərqli olankürsü bülbülü üstünlük verirsən. Necə adlanmasından asılı olmayaraq, geniş yayılmış bu xəstəlik uzunmüddətli müalicə tələb edir”. Şərbətalı bəy kəskin hərəkətlə mənanı arxaya atıb, şəkli önə çəkmişdi: “– Allah eləməsin ki, mən kürsü düşkünü olam. Mən kürsü bülbülüyəm!”.

Kürsü bülbülü birinciliyi uğrunda rəsmi olaraq yarış ya müsabiqə keçirilməmişdi. Bununla belə, rəqiblər müxtəlif formalarda bir-birini sıxışdırmağa, üstələməyə, sıradan çıxartmağa çalışırdılar. Ancaq Şərbətalı bəy qeyri-rəsmi olsa, birinciliyi əldən vermirdi. Hər gələn başçı ona daha çox ehtiyac duyduğundan kişi kürsü çempionluğunu qoruyub saxlayırdı. O, çempion bülbül kimi həmkarlarına yuxarıdan aşağı baxmaqda özünü haqlı sanırdı.

Şərbətalı bəyin elə bir vəzifəsi, aşan-daşan maaşı vardı. Buna baxmayaraq, bəydən, xandan əskik dolanmırdı. Rəhbərin ştatdankənar kürsü bülbülü olması onu sevimliyə çevirmişdi. Bütün qapılar üzünə açığıydı. Çoxları onun qulluğunda durmağa imkanını əsirgəmirdi. Kimin həddi nəydi ki, onunsinin qarşısınayoxçıxaraydı.

Təzə başçının onu saya salmamasını heç cür anlaya bilmirdi: “Məgər ona tərif masajı lazım deyil? Axı o, tərifsiz necə keçinə bilər?! Axı kim mənim kimi onun əyrisini düz, qışını yaz kimi göstərə bilər?! Məgər o, bilmir ki, mən danışanda elə bil ilan ağzından ləl salır?.. Görəsən, Hindistan şəkərindənmənim tərifimdən yan durmaqda rəhbərin məqsədi nədir? Özünə yazığı gəlmirsə, heç olmasa, mənə – “əməkdarkürsü bülbülünə yazığı gəlsin”.

Sən demə, toy tamadalığı ilə kürsü bülbüllüyü ayrı-ayrı peşələrmiş. Günlərin birində dəbdə olan bir tamada toya dəvət olunmuş hörmətli qonağaŞərbətalı bəyə xəbərdarlıq etmədən söz verdi. Bundan qeyzlənən Şərbətalı bəy onu aşağılayan tamadaya protest olaraq təbrik nitqi söyləməkdən imtina etdi: “Aşağı, aşağı, qatıqlı aşdan da aşağı?! Kürsü bülbülü özünə sığışdırıb toyda nitqmi söyləyəcəkdi?! Çəki, nüfuz bərabərliyi olmadığı üçün heç vaxt!”. Şərbətalı bəyin təklifdən imtina eləməsini toy tamadası nüfuzuna zərbə, özünə təhqir kimi qəbul etmişdi. O, dözə bilməyərək toydan sonra həmkarı ilə haqq-hesabı çürütmüşdü: “– Ay qoduq, özünü yuxarı tutub məni pisikdirməyə çalışdın? Bunu bacarmazsan! Axı sən kimsən? Özünəkürsü bülbülüdeməklə deyil ey!.. Elə sən bir başqa cür tamadasan. Fərqimiz ondadır ki, mən toyda coşub-daşıram, sən tribunada banlayırsan. Mən el şənliyinin sevimlisiyəm, sən rəsmi iclasların, yığıncaqların tütyəsisən. Mən bəylə gəlinə tərif deyirəm, sən ancaq gəlinsiz bəyəicra başçısına. Mən çörəyimi tərənnümdən çıxardıram, sən yaltaqlıqdan. Yanılma, sən heç vaxt məndən üstün ola bilməzsən!”. Şərbətalı bəy cavab qaytarmağa söz tapmamışdı. Yaxşı ki, qarşılaşma xəlvətdə olmuşdu.

Artıq bir həftəydi ki, təzə icra başçısı işə başlamışdı. Elə bil zəlzələ olmuş, kürsü bülbülləri yerin təkində itib-batmışdılar. Heç birinin səsi-sorağı gəlmirdi. Əgər gəlmiş olsaydı, ilk gediş Şərbətalı bəylə başlanmalıydı. O, rəhbərin şahmat taxtasında həmişə fiqur olmuşdu. Bu səbəbdən ilk gedişin müəllifliyi ona məxsus idi.

Onun axtarılmaması mümkün deyildi. Aşiqin məşuqəyə, bülbülün gülə ehtiyacı olduğu kimi, bir saylı rəhbərin , bir saylı tərifçiyə ehtiyacı vardı. Bu adət bineyi-qədimdən belə qurulub. İndisə təzə şəhərbaşı köhnə nırxa əhəmiyyət vermirdi. Bəlkə , , gedişat həqiqətən beləydi. Hətta belə olsaydı da, Şərbətalı bəy buna inana bilməzdi. Axı balıq susuz necə yaşaya bilərdi?! Gözü yolda, qulağı səsdə olan Şərbətalı bəy amadə dayanmışdı. O, səbirsizliklə, içini didən bir təlaşla səda gözləyirdi. Hələ ki, telefonu, ev telefonu, cib telefonu təzə başçının adından onu kürsüyə dəvət edirdi. Bəlkə, o, nəzərdən düşmüşdü? Bəlkə, təzə başçı cəh-cəh vuran təzə bülbül eşqinə mübtəla olmuşdu? İnanmırdı. Axı hələ kürsü çempionluğu onun adıyla bağlıydı. Əmin idi ki, bir az tez-bir az gec, onu arayacaqdılar. Ona görə o, hərbi hazırlıq keçən, döyüşə atılmaq anını yaşayan əsgər kimi hazır dayanmışdı. Yəqin vaxtaşırı cəh-cəh vurduğu kürsü onun sehrli səsi, çin-çin dəstələnən tərifləri üçün darıxırdı.

Deyirlər, “ehtiyatlı igidin anası ağlamaz”. Onu da deyirlər ki, “tez duran öküz yatan öküzün başını bulayar”. Şərbətalı bəy sınaqlardan çıxmış bu iki atalar sözünü iki qulağından sırğa kimi asmışdı.

Kişinin yuxusu qaçmışdı. Ona xəbərdarlıq mesajı ilə tez-tezkişnəyənzəngli saatın xidmətinə ehtiyac qalmamışdı. gecə yata bilirdi, gündüz. Elə gözünə çimir qonar-qonmaz diksinib ayılırdı: “Görəsən, onu baş binadan çağırmayıblar ki?”. Arvadından, uşaqlarından dönə-dönə soruşurdu. Hamısı dayoxdeyib dururdu. Şərbətalı bəy nağıllardan, rəvayətlərdən, təmsillərdən oxumuşdu ki, şirin işi tülküsüz keçə bilməz. Sadəcə, ayıq olmaq lazımdır. Arxayınçılıq dananı qurda verə bilərdi.

Qısa kürsü fasiləsi özünü göstərirdi. Yavaş-yavaş salamların sayı azalır, kef soruşmaların soyuqlaşması açıq-aşkar hiss edilir, evinə gələn bazarlıqların sanbalı kiçilir, xahişlərin ünvanı perikib ayrı səmtə yönəlirdi. O, hesab edirdi ki, uğursuzluqlar müvəqqətidir. Onun taleyinə bir metro oyunu düşüb. Yerin altına varanda da, üstünə çıxanda da ayağını eskalatorun pilləsinə vaxtında qoymalıdır. Yoxsa, büdrəyib işləyən çarxın arasına düşər, bununla da məhv olub gedərdi.

Yuxusuzluq kürsü bülbülünü əldən salmışdı. Uzun müddət bu vəziyyətə dözmək olmazdı. O, bir həftənin içində əməlli-başlı arıqlamış, rəngi avazımış, gözləri çuxura düşmüşdü. Özünü havalanan kimi aparırdı. Onda olan psixoloji dəyişiklik ev adamlarını da təşvişə salırdı. Onlara elə gəlirdi ki, ailə başçısı şəhər başçısının həsrətinə dözmədiyindən hissediləcək dərəcədə xərifləyib. O, ətrafındakılara qəribə gələn hərəkətlərinin fərqində deyil.

Sutkanın istənilən vaxtı o, çağırıla bilərdi. Ləngiməkyerini başqasına vermək deməkdir. Bu isə onun üçün ölümə bərabər olardı. Oğlu gördü ki, atası qalstuklu yatağa uzanıb. Səbəbini soruşdu. Qısa aydın cavab aldı:

Belə lazımdır!

Qızı gördü ki, atası paltarlı yatır. Təəccüblənən övlad indiyədək görmədiyi halın səbəbini soruşdu. Onun da sualı cavabsız qalmadı:

Belə lazımdır!

Arvadı gördü ki, əri əyni geyinikli, başı silindirli, ayağı ayaqqabılı yorğanın altına girib. Ev sahibəsi, vəfalı həyat yoldaşı ərinin bu hərəkətindən vahimələnib soruşdu:

Ay kişi, özündən xəbərin varmı? Bir məni başa sal görüm, bu, necə yatışdır? Dəli-zad olmamısan ki?

Yorğanın altından cavab gəldi:

Belə lazımdır, arvad! Mən təzə başçının çağırışına hər an hazır olmalıyam. Gecikən həmişə gendən baxmağa məcbur olur.

Heyrətlənən ev sahibəsi əllərini dizlərinə çırpdı. Şappıltıdan hamı diksindi:

Əyə, ay tifaqı dağılımış, bəlkə, heç səni axtaran olmayacaq? Sən hardan bilirsən ki, səni çağıracaqlar?

Yorğanın altındanquyu dibindən gələn bir səs eşidildi. Bu səs sayıqlamaya oxşayırdı:

Fransa yağı!.. Hindistan şəkəri!.. Kürsü bülbülünün cəh-cəhi! Qaş üzüyə necə lazımdırsa, tərif rəhbərə elə lazımdır.

Şərbətalı bəy tükənməkdə olan gücünü səfərbər etdi. Qəlbinin dərinliyindəki dirənişli inamın qübbəsində bir şübhə göyərməyə başladı: “Bəlkə, şəhərbaşı elə bilir ki, mən şəhərdə yoxam, uzaqlardayam? Bəlkə, o, məni axtarıb tapa bilmir? Paxıllarım, əleyhdarlarım ona yalan məlumat ötürməklə çaşdıra bilərlər. Mənim borcum ona əl uzatmaq, hayına yetməkdir”.

Xəstəhal kürsü bülbülü özünü toplayıb radio qovşağına getdi, əlüstü səsini yazdılar. Məqsədi bunu demək idi: “– Cənab başçı, mən buradayam!”. Oradan birtəhər televiziya şirkətinə süründü. Xahişinə əməl edib çıxışını lentə aldılar. Məqsəd eyni idi: “– Cənab başçı, mən buradayam!”. İki gündəlik qəzetə müxtəlif məzmunlu müsahibə verdi. Yenə hədəf biriydi: “– Cənab başçı, mən buradayam!”.

Cənab başçı isə onu eşitmirdi ki, eşitmirdi. Şərbətalı bəyin başadüşülməz başçının idarəetmə üsuluna acığı tuturdu: “Dəstəksiz qılınc olmaz. Sən mənim vasitəmlə özünə yol açmalısan. Hələ ağzın isti yerdədir. Zamanı gələndə biləcəksən ki, mən sənə qədər lazımammış. Mövqeyində dönüş etməsən, sonucda peşman olacaqsan. Peşmançılıq isə icraçısına deyil, kənardan baxana xeyir verə bilər”.

Şərbətalı bəy başıpapaqlı, ayağı ayaqqabılı yatağa girirdi. Ona görə ki, çağırış səsi eşidən kimi vaxt itirmədən hər şeyə hazır olsun. Çağırış işə eşidilmirdi. Kürsü bülbülü gərgin vəziyyətə dözməyib axır ki, geyimli-keçimli birdəfəlik yorğan-döşək sakini oldu. O, əməlli-başlı titrətmə gətirdi. O, əməlli-başlı havalandı. havalı-havalı gah qışqırır, gah da ağlayırdı:

Kürsüsüz mənə həyat yoxdur! Mən bülbül kimi kürsüyə qonmasam, icazəli cəh-cəh vurmasam, rəhbərin ruhunu pərvazlandırmasam, dəli olacağam, öləcəyəm! Əzizlərim, mənim sağalmaz dərdimə əlac edin!

Şərbətalı bəyin səhhəti saatbasaat ağırlaşmaqdaydı. Sağlamlığı təhlükə qarşısındaydı. Çörəyini yeyənlər bu vəziyyətə biganə qala bilməzdilər. İtki qorxusunu hamıdan tez dərk edən vəfalı həyat yoldaşı əlini telefon dəstəyinə ataraq təcili tibbi yardım məntəqəsinə zəng etdi. Xəstənin nədən şikayətləndiyini soruşdular. Ev sahibəsi dəqiq cavab verə bilmədi. Ancaq bunu deyə bildi:

Xəstəliyini özünüz müəyyənləşdirə bilərsiniz. Bilirsiniz ki, doğru diaqnoz müalicənin yarısı deməkdir.

On beş dəqiqədən sonra həkim şəfqət bacısı ilə birlikdə içəri girdi. Müayinəsiz Şərbətalı bəydən eşitdikləri ona tibbi bələdçilik etdi. Uzaqdan muğam səsi gəlirdi. Hansı xanəndəsə NəbatininGəlsin-gəlməsin?” şeiri ilə qəlblərə yol açırdı: “Bülbül gülüstana gəlsin-gəlməsin?”. Xanəndə bu misradagülüstansözünü işlətməklətəhrifəyol vermişdi. Buyanlışlıqözündə olmayan xəstəni daha da əsəbiləşdirirdi. O, həkimə dərdini demək əvəzinə, etiraz notasına başladı:

Bu xanəndə haranın avarasıdır ki, efirə buraxıblar? Nadanlığı ucbatından ustad şair Nəbatinin klassik şeirini alt-üst etdi. Misranın əsli belədir: “Bülbül kürsüstana gəlsin-gəlməsin?”. Şairbülbüldedikdə aşiq insana işarə edir. Ağlı başında olan, xeyrini-şərini anlayan, gələcəyini düşünən bülbülinsan heç vaxt kürsünükürsüstanı qoyub, bəlası əskik olmayan gülüstana üz tutmaz.

Həkim tibb ləvazimatına əl atmadan dedi:

Deyəsən, sizin kürsü ilə atəşli bir məhəbbətlə bağlılığınız var. Sevgi insanı xoşbəxt etdiyi qədər, bədbəxt edə bilir. Xahiş edirəm, danışasınız.

Müayinəçi yardımçı həkim olmaqdan başqa, həm arif adamfilosof idi. Hər halda kürsü bülbülünə belə gəldi. Onu axtardığı Loğman bildiyindən dərdini gizlətmədi. Bu dərdə olsa-olsa, yenicə kəşf etdiyi Loğman əlac edə bilərdi:

Başına dönüm ay Loğman, bəlkə, sən deyəsən, bizim şəhərin təzə başçısı nədən kürsüyətərif kosmodromuna gedən yola şlaqbaum qoyub? Axı illərlə bu sahədə zəhmət çəkən, püxtələşən sənətkarlar var! İrili-xırdalı hər vəzifə sahibinin böyür-başında onlarla kürsü bülbülü hərlənir. Onların dəqiq uçotunu aparmaq müşkül məsələdir. Bu sahənin lideri kimi mənim borcum onların da qayğısına qalmaqdır. Birdən-birə onların peşəsinə veto qoymaq, çörəyinə bais olmaq, taleyin ümidinə buraxmaq olarmı? Bu ən azı ədalətsizlikdir. Dünyanın hər yerində belə kadrlara ehtiyac duyulmaqdadır. Onu da unutmaq olmaz ki, artıq bizdə peşə xəstəliyi əmələ gəlib. Biz fəaliyyətdə olmasaq, ölərik. Heç qarşı tərəfin sağlamlığına zəmanət vermək mümkün deyil. İndi qartalı dağ zirvəsinə qonmağa dəvət etmirlər. Belə olan halda, kürsü bülbülləri xəstələnməsin, neyləsin?! Kömək edin, elə bir dərman buyurun ki, mən adət etdiyim kürsüyə yenidən qovuşum, yoxsa öləcəyəm! Mənim itkim ictimai-siyasi məzmun daşıyacaq! Mən ölsəm, rəhbərin teli daraqsız, əli yaraqsız, evi çıraqsız qalacaq! Təkcə mənə yox, ona da yazığınız gəlsin!..

Həkim Şərbətalı bəyi diqqətlə dinlədikdən sonra qəti qərarını verdi:

Pasiyenti kürsü bülbülləri xəstəxanasına götürün!

Vəziyyətin ciddi olduğunu duyan ev sahibəsi ağlamsındı:

Həkim, sizi yaxşı başa düşmədim.

Həkim eyni ahənglə:

Xanım, sizin əriniz kürsü düşkünü xəstəliyinə mübtəla olub. O, uzunmüddətli müalicə qəbul etməlidir.

lll

1 saylı kürsü bülbülləri xəstəxanasında gərginlik yarandığından bərk mübahisə gedirdi. Çarpayı çatışmazlığı yeni xəstəninŞərbətalı bəyin qəbulunu problemə çevirmişdi. İş o yerə çatmışdı ki, baş həkim qızğın mübahisəyə qoşulmalı olmuşdu. Xəstəni qəbul etmək, geri qaytarmaq mümkünüydü. Yeganə çıxış yolunu onun çarpayısını müvəqqəti olaraq dəhlizdə yerləşdirməkdə görürdülər. Bəyin ömür-gün yoldaşı, vəfalı arvadı bunu hörmətsizlik kimi, ərinin adına-sanına yaraşmayan hal kimi qəbul etdiyindən qətiyyətlə narazılığını bildirirdi:

Heç bilirsiniz Şərbətalı bəy kimdir, hansı şərəfli peşənin sahibidir? O, uzun illərdir ki, şəhər rəhbərləri tərəfindən əvəzolunmaz kürsü bülbülü kimi dəyərləndirilir. O, sıradan olan adam deyil. O, öz sahəsinin çempionu kimi qəbul edilməli, qulluğunda yüksək səviyyədə durulmalıdır.

Baş həkim xəstə sahibini dilə tutmağa çalışır, mövcud reallığı qəbul etməsini istəyirdi:

Xanım, biz Şərbətalı bəyi yaxşı tanıyırıq. Bir bülbül olaraq onun cəh-cəh vurmasını az görməmişik. Bizim ona böyük hörmətimiz var. Ancaq etməli ki, boş yerimiz yoxdur. Yeni şəhər başçısının gəlişindən sonra bu sahədə böyük tünlük yaranıb. Mən iki xəstəni bir çarpayıda yatırda bilmərəm ki...

Qadın bildiyini babasına vermir, aramsız axıtdığı göz yaşları ilə ərinin böyüklüyünü diqqətdə saxlamağa çalışırdı:

Hər sahənin öz ustası var. Axır-axırda qədri-qiyməti bilinməyən Şərbətalı bəy kürsü dahisidir. O, rəhbərlər uğrunda sinəsini kürsülərə sürtməkdən döşünün tükünü aparıb. Heç olmasa, tük xidmətini nəzərə alın ...

Baş həkim xəstə sahibinin kükrəyişini səngitmək üçün var qüvvəsini əsirgəmirdi:

Elə deməyin, ay xanım, vallah, tük xidmətini nəzərə alırıq. İnsafən, həmkarlarının da əməyini danmaq olmaz. Hərçənd, avazla ötməkdə Şərbətalı bəyin rekordunu təzələyə bilməsələr , o yazıqların da sinələri tükü yolunmuş qaz döşünə oxşayır. Gözləmək lazım gələcək. Kürsü xəstəliyi tezliklə sağalan mərəz deyil. Ona uzunmüddətli ardıcıl müalicə lazımdır. Bu sahədə bizim xəstəxana yeganə olduğundan bu cür basırıq yaranıb. Dözməyə gözləməyə məcburuq. Bəlkə...

Atalar necə gözəl deyib: “Xəstə sağalası olsa, təbib qarşı gələr”. Baş həkimbəlkəsini tamamlamamış əlidəvətnaməli başqa bir baş həkim içəri girdi. şad xəbər verirmiş kimi əlindəki dəvətnaməni həmkarına uzatdı:

Bu gün saat 3- rəhbərliyi mənə həvalə edilmiş 2 saylı kürsü bülbülləri xəstəxanasının açılışıdır. Sağ olsun, səhiyyə idarəsinin müdiri. Bu sahədəki kəskin ehtiyacı nəzərə aldığından bu tipli ikinci xəstəxananın tikintisini başa çatdırdı. Yeni xəstəxananın istifadəyə verilməsi sizin vəziyyətinizi yüngülləşdirməyə kömək edəcək. Əziz həmkarım, sizi 2 saylı kürsü bülbülləri xəstəxanasının təntənəli açılışında iştirak etməyə dəvət edirəm. Bir kaç kəlmə təbrik sözü dilə gətirsəydiniz, lap şad olardıq.

Sanki çıxış yolu göydən zənbillə düşmüşdü. Tərəflər ümidlə bir-birinin üzünə baxdılar. 1 saylı xəstəxananın baş həkimi sevincək:

Biz yuxarılara havayı yerdən əl çalmırıq. Adamın işi gərək yuxarıdan düzələ. Necə ki, indi düzəldi, – dedi sonra həmkarına müraciət etdi. – Şəhərimizin çox hörmətli sənətkarı, kürsü bülbülü tribunaya dəvət almadığından bir balaca xəstələnib. Bizdə bütün palatalar doludur. Belə bir şəxsiyyətin dəhlizdə saxlanmasını özümə bağışlaya bilmirəm. Mənə kömək əli uzadın, Şərbətalı bəyi sizin xəstəxanaya yerləşdirək. Uduzmazsınız, elə onun adının gətirdiyi imic sizə bəs edər.

Özündə olmayan Şərbətalı bəy danışıqları eşitməklə kifayətlənirdi. Onun hadisələrə müdaxilə etməyə imkanı yox idi. Əvəzində xanımı xilaskarlara acizanə surətdə yalvarırdı:

Xahiş edirəm!.. Çox xahiş edirəm!.. Həyat yoldaşımı kürsü xəstəliyindən xilas edin!

2 saylı xəstəxananın baş həkimi vəziyyətə dərindən bələd olduqdan sonra həmkarının təklifinə qarşı məmnunluğunu gizlətmədi:

Biz həkimlər Hippokrat andı içmişik. Vəzifəmiz xəstənin son anına qədər ona qulluq göstərməkdir. Xüsusilə, daha əlverişli şərait olanda. Bax, indi kömək əlimi uzadıram. Bu saat 10 kürsü bülbülümüz xərəkdə uzanıqlı halda xəstəxananın açılışını gözləyir. Şərbətalı bəylə ilk qəbulda fəxri xəstələrin sayı 11-ə yüksələcək. Ancaq liderin lider yeri olmalıdır. Biz onu 11-ci yox, 1-ci xəstə kimi qəbul edəcəyik. Razılaşdıq?

Qarşı tərəfin hamısı:

Razılaşdıq!

Bu dəfə hər iki tərəf birlikdə:

Allah şəfasını versin!

Şərbətalı bəyin uzandığı xərəyin ağzını geri döndərdilər. Şəfa diləkli dualar eşidilməyə başladı. Əlbəttə, başsağlığı verməzdən əvvəl xəstəyə şəfa diləmək lazımdır.

Gəncə  şəhəri

Mart, 2011.

 





11.10.2012    çap et  çap et