525.Az

Budapeştdə "Budapeşt 2019 Su Sammiti" keçirilib


 

Budapeştdə "Budapeşt 2019 Su Sammiti" keçirilib<b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeşt şəhərində  "Budapeşt 2019" Su Sammiti keçirilib.
 
Sammitin açılışında Macarıstan Republikasının Prezidenti Yanoş Ader, həmçinin, Kambocanın Baş naziri, Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti, Hindistan Su Resursları, Çay İnkişafı və İçməli Su və Kanalizasiya Naziri çıxış ediblər. BMT-nin baş katibi Antonio Quterreş açılış tədbirinə video mesaj göndərib.

Sammitdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbərinin müavini Kənan Abdullayev iştirak edib. Sammit çərçivəsində sessiyalar, yarmarka, sərgi və bir sıra tədbirlər təşkil olunub. Sesiyalarda su böhranlarının qarşısının alınması yolları, suyun dəyəri və su böhranının xərcləri, su böhranlarının aradan qaldırılması üçün iqtisadi cəhətdən səmərəli davranışlar, su gərginliyi və miqrasiya problemləri və bir sıra məsələlər müzakirə olunub, sonda "Budapeşt müraciəti" qəbul edilib.

 

 





01.11.2019    çap et  çap et