525.Az

UNEC öz kriptovalyutasını buraxa bilər


 

UNEC öz kriptovalyutasını buraxa bilər<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “UNECoin” kriptovalyutasını buraxa bilər.

Bunu “APA-Economics”ə UNEC-in rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hələ ciddi bir irəliləyiş olmasa da, məsələ diqqət mərkəzindədir.

“Bu, çox ciddi məsələdir. Dünyada belə bir analoq yoxdur ki, universitetin öz virtual pul vahidi olsun. Biz istəyirik, bunu ilk dəfə olaraq reallaşdıraq”, - deyə Ə. Muradov qeyd edib.

Rektor əlavə edib ki, layihə icra olduğu təqdirdə, gələcəkdə tələbələr universitetin virtual pul vahidi vasitəsilə təhsil haqlarının ödənişini həyata keçirə bilər.

 





01.11.2019    çap et  çap et