525.Az

Lavrov: “Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”


 

Lavrov: “Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”<b style="color:red"></b>

Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rusiya 24" kanalında qonağı olduğu verilişdə ABŞ-ın digər dövlətlərə qarşı həyata keçirdiyi sanksiyalara münasibət bildirib.

APA-nın məlumatına görə, Rusiya XİN rəhbəri qeyd edib ki, heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb.

Lavrov hətta ABŞ-ın müttəfiqlərinin də sanksiyalardan sığortalanmadığını qeyd edib.

Rusiyanın baş diplomatı ABŞ-ın bu mövqeyini tamamilə düşünülməmiş addım kimi dəyərləndirib: “İqtisadi münasibətlərini dollar üzərində quran dövlətlər istənilən vaxt ABŞ-ın geosiyasi planlarının girovuna çevrilə bilər”.

 





02.11.2019    çap et  çap et