525.Az

Sumqayıtda "7 Göyərçin" abidəsi qoyulub


 

Sumqayıtda "7 Göyərçin" abidəsi qoyulub<b style="color:red"></b>

Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, yubiley tədbirləri çərçivəsində şəhərin Sülh prospektində "7 Göyərçin" abidəsi qoyulub.

Modern üslubda olan heykəl kompazisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir.

Alova bənzər formada hazırlanmış kompozisiyadakı 7 göyərçin abidənin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir.

Abidəni memar Cahid Həsənov hazırlayıb.

 





02.11.2019    çap et  çap et