525.Az

Qobustanın Sündü kəndinin içməli su problemi həll olunub


 

Qobustanın Sündü kəndinin içməli su problemi həll olunub<b style="color:red"></b>

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qobustan rayonunun kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

"Azərsu" ASC-dən bildirilib ki, Sündü kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə əhali tərəfindən çəkilmiş su xətləri istismar tələblərinə cavab vermirdi. Kəndin yeni yaşayış massivində isə sakinlər su içməli suya olan tələbatlarını uzaq məsəfələrdən daşımaqla ödəyirdilər.

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə "Azərsu" ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yaradılır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək. Bu məqsədlə su mənbəyində yeni nasos quraşdırılacaq, 50 kubmetr tutumlu toplayıcı su anbarı və 3,5 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri təmir ediləcək. Mənbədən götürülən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su anbarına vurularaq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə paylanacaq. Layihə çərçivəsində kənddə ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı  su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq.

S.QARAYEVA

 





02.11.2019    çap et  çap et