525.Az

“Altıncı Bayraq Festivalı” keçirilib


 

“Altıncı Bayraq Festivalı” keçirilib<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyi tərəfindən “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçirilib.

APA-nın məlumatına görə, festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə bildirilib ki, festival Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” 17 sərəncamını və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır: "Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival keçirir. Bugünki sayca 6-cı Bayraq Festivalıdır. Noyabrın 1-dən Gənclər və İdman Nazirliyi "İradənlə qalib gəl" kampaniyasına start verib. Nazirliyin balansında olan 34 Olimpiya İdman Kompleksində “Açıq qapı günü” keçirilib. Bayraq Festivalı həmin kampaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir”.

Tədbirdə Dövlət Bayrağı Günü ilə bağlı məlumat verilib. Festival bədii hissə ilə davam edib.

 





04.11.2019    çap et  çap et