525.Az

İran XİN ABŞ-ın yeni sanksiyalarına münasibət bildirdi


 

İran XİN ABŞ-ın yeni sanksiyalarına münasibət bildirdi<b style="color:red"></b>

Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları onun ümidsizliyindən və diplomatiya yolu ilə öz məqsədlərinə çata bilməməsindən xəbər verir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi öz açıqlamasında deyib.

“Bu cür hərəkətlər yalnız ümidsizliyə və bu rejimin diplomatiyadan sərfəli istifadə edə bilməməsinə işarədir”, - deyə Musəvi bildirib.

Onun sözlərinə görə, “ABŞ-ın birtərəfli qaydada sanksiyalara bağlılığı bu ölkənin siyasətçilərini tamamilə passiv vəziyyətə salıb və yalnız absurd sanksiyalara verməyə qadirdirlər”.

 





05.11.2019    çap et  çap et