525.Az

Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb


 

Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb <b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, artıq bir neçə gündür söküntüsünə başlanılan, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən “Bakı” kinoteatrının yenidən qurulması işləri davam edir.

“Bakı” kinoteatrının yenidən qurulacaq binasının müasir görüntüsü Moskva hökumətinin şəhər tikinti siyasəti kompleksinin saytında yerləşdirilib.

"Edisonenerqo" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işlərinin 2020-ci ilin üçüncü kvartalında başa çatması planlaşdırılır.

“Bakı” kinoteatrının yerində eyni adlı Çoxfunksiyalı İctimai Mərkəz tikiləcək. Mərkəzin beş mərtəbəsi yerin üstündə, iki mərtəbəsi isə yerin altında olacaq.

Mərkəzin 2000 kvadrat metrində yenidən "Bakı" kinoteatrı fəaliyyət göstərəcək.

Müasir “Bakı” kinoteatrı beş zaldan ibarət olacaq. Bundan başqa, bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

Qeyd edək ki, Moskvadakı “Bakı” kinoteatrı 1974-cü ildə memarlar İ. Volkov, E. Smolina və L. Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.

 





05.11.2019    çap et  çap et