525.Az

Türkiyədə FETO-nun media qolu olmaqda günahlandırılan 3 məşhur jurnalist azad edildi


 

Türkiyədə FETO-nun media qolu olmaqda günahlandırılan 3 məşhur jurnalist azad edildi <b style="color:red"></b>

FETO/PDY (Paralel Dövlət Qurulması) silahlı terror təşkilatının mediası olmaqda günahlandırılaraq həbs edilən Türkiyənin 3 tanınmış jurnalistindən biri bəraət alıb, ikisi isə şərti cəza ilə azadlığa buraxılıb.

APA-nın yerli bürosunun "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, "konstitusiyanı məhv etmək” cəhdi ilə əlaqədar həbsdə olan, FETO-çu olaraq tanınan jurnalistlər - Nazlı Ilıcak, Əhməd Altan və qardaşı akademik Mehmet Altanın ömürlük həbs cəzaları ləğv edilib.

Məhkəmə müttəhim Əhməd Altanın 10 il 6 ay, Nazlı Ilıcakın 8 il 9 ay müddətinə şərti azadlıqdan məhrum edilməsinə qərar verməklə, ölkədən xaricə çıxmamaları əsası ilə sərbəst buraxıb. Elm adamı Mehmet Altan isə bütün ittihamlar üzrə bəraət alaraq azadlığa buraxılıb.

 





05.11.2019    çap et  çap et