525.Az

Bağdadinin bacısının həbs xəbəri təsdiqləndi


 

Bağdadinin bacısının həbs xəbəri təsdiqləndi<b style="color:red"></b>

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter”də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib. 

“Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir”, - deyə Fəxrəddin Altun vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Əbubəkr əl-Bağdadinin bacısını saxlaması barədə xəbərlər yayılıb.

 





05.11.2019    çap et  çap et