525.Az

"Abşeron qəsəbələrindən Bakıya yeni marşrut xətləri açılacaq"


 

"Abşeron qəsəbələrindən Bakıya yeni marşrut xətləri açılacaq"<b style="color:red"></b>

Abşeron rayonunun Novxanı və Saray qəsəbələrindən Bakı və Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edən avtobuslardan kifayət qədər şikayətlər daxil olub.

Bunu “APA-Economics”ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə monitorinq aparılıb və növbəti ildən etibarən bu istiqamət üzrə yeni marşrut xətlərinin açılacağı gözlənilir.

“Hər bir marşrut xətt üzrə 10-dan çox avtobus istismara veriləcək”, - deyə N. Allahyarova qeyd edib.

 





05.11.2019    çap et  çap et