525.Az

Bakıda Abbasqulu Abbaszadə küçəsində kommunikasiya xətləri yenilənir


 

Bakıda Abbasqulu Abbaszadə küçəsində kommunikasiya xətləri yenilənir<b style="color:red"></b>

Noyabrın 10-dan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-ya verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 





05.11.2019    çap et  çap et