525.Az

1530-cu ilin qışı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1530-cu ilin qışı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

Kral, Fişerin ona qarşı olan hərəkətlərinə biganə qalmadı, Anna Boleynlə nikahının əleyhinə olduğuna və kralın ingilis kilsəsinin ali başçısı olmasına kəskin etiraz etdiyinə görə Con Fişer 1535-ci ildə edam edildi. Ona görə də Fişer şəhid hesab olunur. Anna Boleyn də yepiskopa nifrət edirdi və onun kəsilmiş başının özünə gətirilməsini tələb etmişdi. Lakin bu qadının da kral əri kimi Fişerə olan ədalətsiz münasibəti heç də cavabsız qalmadı, bir il sonra öz ərinə xəyanət ittihamı ilə onun da boynu vuruldu.

Fişerin sənədi imzalamadan imtina etdiyinə görə Meri yazırdı ki: "Kral VIII Henri demişdi ki, onun öz möhürü və imzası vardır və bu, nə Fişerin möhürü, nə də qolu deyildir. Bu, çox qorxulu idi, bizi sarsıtmışdı.

Anna Boleyn öz Heverinə getmişdi və Katerina bütün günü dua edirdi. Hamı danışır ki, əziz Con Fişer istisna olmaqla, hər kəs fərqli bir şey deyir. Fişer isə deyir ki, Katerinanın nikahı düzgündür, qanunidir, hamı bilir ki, bu, belə olmuşdur və o, heç vaxt fərqli bir şey deməyəcəkdir. Mən düşünürəm ki, Harri o qadına xoş gəlmək üçün bu ailəni dağıdacaqdır".

Marqaret İngiltərədən hədiyyələr aldı. Sonra da Meridən məktub gəldi. Bir hadisə isə hər şeyin sonu demək idi. Meri yazırdı: "O, ona (Anna Boleyni nəzərdə tutur - müəllif) məndən irəli getməyə icazə verdi. Meggi, o, məndən qabaqda gedirdi. Atasının isə heç bir günahı yoxdur, Tomas Boleyn tacın yaxşı nökəridir. Harri onu Ormond qrafı etmişdir. O, həm də Viltşayə qrafıdır. Onun oğlu vikont Roçford adlanmışdır. Mərasim ağası məni stol arxasında, Harri və Anna Boleynin (indi o, Ledi Annadır) yanında oturtmağa apardı. Mən çox təhqir olunmuşdum. Mən oturan kimi qız mənə xörək göndərdi. Harri də bunları müşahidə edirdi, heç nə demirdi, nə onu dayandırır, nə də həvəsləndirirdi. Qız isə mənə gülürdü. Mən özümə qulluq edir və özümü xörəyi yeyən kimi göstərirdim. Harri mənə, öz doğma bacısına belə münasibətdən dəli olmalı idi. O, öz fahişəsini arvadından başda qoymuşdu, məndən də yuxarıda qoymuşdu - bu qız isə mənim qulluqçu qızım idi. Mən düşündüm ki, mənə hörmət göstərilməməsindən öləcəyəm.

Katerina deyir ki, o düşünür ki, Anna Boleyn qərara gəlmişdir ki, Harrini islahata uğramış dinə keçirsin və o vaxt o, Papanın məsləhətinə və ya kilsənin qanunlarına ehtiyac duyulmayacaqdır, kral yalnız öz vicdanının ona dediyinə əməl edəcəkdir. Onun inandığının hamısı bundadır, bu isə Lüteranlıqdır. Lakin o, görən, hansı vicdana malikdir?"

Ceyms isə artıq böyük krala çevrilmişdi. Anası lorda dedi: "Bu göstərir ki, siz öz xalqınıza hörmət edirsiniz".  

1530-cu ilin qışı 

Stirlinq qəsrində yaşayan Ceyms gənc qadın olan Marqaret Erskinə xüsusi diqqət göstərirdi. Anası ona deyirdi ki, sən Stirlinqdə maskasız qalanda, tacir arvadlarını öpə bilməzsən, çünki sən kralsan. Ceyms güldü: "Eh, mən isə öpüşlərimi kəsməyəcəyəm".

"Ceyms, sən öpüşməyi dayandırmalısan. Sən İngiltərənin timsalında görməlisən ki, kral qadına münasibətdə özünü necə bir narahatlığa salmışdır".

O dedi: "Mən narahatlığa girməyəcəyəm. Marqaretə vurulmuşam. Lakin həm də Elizabet mənə xoş gəlir".

"Elizabet kimdir?" "Bir neçə Elizabet var. Tam kral olandan sonra həmin qızla evlənəcəyəm. Evlənəcəyim qız heç də mənim dayım qızı printsessa Meri olmayacaqdır".

Harri öz qızı Merini (Mariyanı) sevirdi. Kralın nikahı pozulsa da, qız bastard adlanmayacaqdı. Əgər anası kraliça olmasa da, printsessa Meri öz titulunu saxlayacaqdır. Axı atası onu sevirdi.

Artıq Katerina Şotlandiyanı dağıtmağa ordu göndərən əvvəlki kraliça deyildi. Zaman Şotlandiyanın çiçəyinin iştirakı olmadan belə onu əzmişdi.

Bacısı Meri yazırdı:

"Sən eşidəcəksən ki, Tomas Uolsi dustaqlıqda ölmüşdür. Harri öz köhnə dostunun ölməsindən ağrı keçirdi. Əlbəttə, heç kəs heç vaxt krallığı Uolsi kimi idarə etməmişdir. Elə bir adam yoxdur ki, onun yerini tuta bilsin.

Katerina əzab çəkməkdən xəstədir, mən də xəstəyəm. Mən Harri barədə təşviş keçirirəm, görən, sonra nə baş verəcəkdir?"

Alihəzrət İngiltərə kralı qərara almışdır ki, Müqəddəs Ata (Papa) İngiltərə kilsəsini idarə edə bilmir. Yepiskop Fişer bununla heç vaxt hesablaşmayacaqdır. O, Papaya itaət etmək barədə öz andına sadiqdir. Bəs kilsə ilə nə baş verəcəkdir? Heç də hər bir keşiş razılaşmayacaqdır. VIII Henri hazırlaşırdı ki, onu Ali Başçı kimi qəbul etməkdən imtina edənlərə nə lazımdırsa, onu da etsin. Bəs monastırlar üçün nə baş verəcəkdir?

Yepiskop Fişer İngiltərəni tərk etməli idi. Lakin o, Katerinanı heç vaxt tərk etməyəcəkdir.

Bu ilin mühüm hadisələrindən biri də ödənilən böyük girov məbləği hesabına Fransa kralı I Fransiskin övladlarının İspaniyadakı məhbəsdən azad olunmaları idi. Dofin Fransisk artıq 13, Henri isə 11 yaşında idi. 6 il sonra Fransisk vəfat etdiyindən, dofinlik Henriyə keçmiş və 1547-ci ildə atası öldüyündən, o, kral taxt-tacına yiyələnmişdi. 

1532-ci ilin yayı 

Meri Londondakı Saffolk sarayından Marqaretə yazırdı:

"Əziz bacı.

Anna Boleyni dəstəkləyənlər deyirlər ki, onun ailəsi xeyli dərəcədə dözülən olmayana çevrilmişdir. O, kraliça otaqlarındakı iqamətgahı götürdü və ona əsl kraliça kimi qulluq edilir. Sən təsəvvür edə bilərsən ki, onun Katerinanın kürsüsündə oturduğunu, Katerinanın çarpayısında yatdığını görəndə mən nə hiss edirəm. İndi də o, göstəriş vermişdir ki, Katerinanın daş-qaşları kral xəzinəsindən ona gətirilsin ki, onları lazım gələndə geyinə bilsin. Tac daş-qaşlarını, - elə bil ki, o, artıq kraliça kimi taclanmışdır.

Sən qızıl zənciri boynuna sala bilərsən və bu qızıl, qızın çox ağ rəngdəki budundan başqa hansısa bir dəyişiklik etməyəcəkdir.

İndi Harriyə başqaları təsir göstərir, onlar kralın qulağına və diqqətinə sahibdirlər. Harri indi Çarlza və mənə qarşı qəzəblidir və mən bilmirəm ki, biz nə etməliyik.

Deyirlər ki, Tomas Mor lord-kansler vəzifəsindən istefaya gedəcəkdir. Çünki o, özünü məcbur edə bilməmişdir ki, and içsin ki, Harri, həqiqətən də, Kilsənin başçısıdır".  

1532-ci ilin payızı 

Meri Vesthorn hollundan bacısına yazırdı:

"Harri Fransaya yenidən səfər etmək üçün hazırlaşır, bunun üçün paltar, daş-qaş və rıtsar döyüşləri üçün lazım olan şeylər hazırlanır ki, Fransa kralı Fransiskə təsir göstərə bilsin. Mən həqiqi kraliçanın yerini tutan biabırçı bir qadınla birlikdə Fransaya üzmək istəmirəm.

Harri Katerinanı özü ilə götürmək barədə fikirləşmir də. O, əvvəlki arvadını hətta bu il ərzində görməmişdir. Harri və Çarlz məndən xahiş edirdilər, mənimsə ürəyim daşa dönmüşdü və o qız mənə yemək üçün xörək göndərəndə mən özümü elə göstərdim ki, yeyirəm. Ancaq bu vaxt mədəm onu geri qaytarırdı.

On ay idi ki, mən Katerinanı görmürdüm. Mən, həqiqətən, hiss edirdim ki, Harri onu öldürmüşdür. Elə bil ki, kral kraliçanı edam edə bilər.

İstənilən halda mən Fransaya qadın Anna ilə getməyəcəyəm. Mən eşitmişəm ki, saray ledilərindən heç kəs onu salamlamayacaqdır. O, Harrinin məşuqəsidir. Belə söhbətlər gəzir ki, Harri onun bacısı, gəlini və anası ilə, onların üçü ilə də intim yaxınlıqda olmuşdur. Onlara bütün ətraf, İngiltərə nifrət edir. Allaha şükür etmək olardı ki, kraliçanın yerində oturan bu qadını görməmişdən əvvəl adam ölməli olaydı.

Şotlandiyanın gənc kralı Ceyms isə fransız kralının qızına evlənmək istəyir. Bu isə Harrinin xoşuna gəlmir. O istəmir ki, Fransa Şotlandiyanın işlərinə qarışsın".

İngiltərə kralının Fransaya səfəri Anna Boleynin planına daxil idi, o, İspaniya ilə münasibətlərin daha da pisləşməsinə və Fransa ilə əməkdaşlığın möhkəmlənməsinə çalışırdı, axı o özü Fransa sarayında yaşamışdı. Lakin səfərin gedişində onun gözləmədiyi bir problem meydana çıxdı, Fransa kralı I Fransisk İngiltərə sarayına aidiyyəti olmayan və əxlaqı müəyyən şübhələr mövzusu olan bu qızı qəbul etməkdən imtina etdi. Hiyləgər Anna fırıldağa əl atdı və iki kralın qarşısında üzünü örtərək rəqs etdi. Rəqs çox xoşuna gəldiyindən I Fransisk Anna Boleyni təbrik etdi və əvvəlki soyuq münasibət yoxa çıxdı.

VIII Henri Anna Boleynə 1533-cü ilin əvvəlində gizli evləndi, bu vaxt Anna atıq hamilə idi. Sentyabr ayında Anna Boleyn krala gözlənilən oğlan varisi əvəzinə Elizabeti doğdu. Buna görə hamı məyus olmuşdu, axı Annanın hökmən varis doğacağına ümid edirdilər. Lakin həmin qız - Elizabet İngiltərənin gələcəkdə ən qüdrətli və məşhur kraliçası olacaq, dünyada dövlətinin nüfuzunu görünməmiş səviyyəyə qaldıracaqdı.

Anna sarayda özünü çox sərbəst aparırdı. Bununla yanaşı, nikahdan az sonra hiss etmişdi ki, Henrinin arvadı olmaq elə də sadə məsələ deyildir. Lakin xarakterini də dəyişmirdi. Bir dəfə Henrinin dostu olan saray əyanına demişdi ki, əgər kralın başına bir iş gəlsə, ona evlənərmi? Sarayda olan qadınlar bu sözləri eşidib, səhərisi günü krala xəbər vermişdilər. Annanı öz qardaşı ilə intim yaxınlıq etməsi barədə də söz-söhbətlər gəzirdi. Xəyanətə və zinakarlığa görə beş nəfər və Annanın özü həbs edildi. 1536-cı ilin mayında Anna edam edildi, ittiham olunan digər beş nəfər də eyni taleyi yaşamalı oldu. Tarixdə ilk dəfə idi ki, İngiltərədə kraliça edam olunmuşdu.

Anna kralın gələcəkdə ölməsi və özünün əyana ərə gedəcəyi perspektivinə işarə edərkən öz xarakterinə, rıtsar kodeksinə uyğun olaraq hərəkət etmişdi və özünə məxsus olan iradə gücünün də qurbanı oldu.

Göründüyü kimi, kralın Annaya olan dəlicəsinə sevgisi uzun çəkmədi, sevgi əsasında bağlanan izdivac yalnız üç ildən bir az artıq ömür sürdü.

VIII Henrinin sonrakı izdivacları da uğurlu olmadı. 1536-cı ildə o, rıtsar turnirində yıxılıb ağır yara aldıqdan sonra ömrünün qalan hissəsini müxtəlif xəstəliklərlə mübarizədə keçirdi və 1547-ci ildə hökmranlığının 38-ci ilində vəfat etdi. Ondan yaddaşlarda yaxşıdan çox, pis xatirələr qaldı.  

1533-cü ilin yazı   

Harri özü Marqaretə Yeni il münasibətilə məktub yazdı və bacısı məktubu Edinburqdakı Holiruudhauz sarayında aldı.

"Bacı, böyük həzlə sənə yazıram, deyim ki, mən Markiza Pembrouka, Ledi Annaya evlənmişəm. Ledi şübhə olunmayan ləyaqətə və reputasiyaya malikdir. Mənim arvadım olmağa razılaşdı, belə ki, mənim keçmiş ittifaqım nikah deyildi, - bununla indi hər bir alim razılaşır. Kraliça Anna iyun ayında taclanacaqdır. Dul Uels printsessası ilə sakitcə kənd yerində yaşayacaqdır. Onun qızı Ledi Meri hörmət olunan ledi olmaqla, kraliçanın otaqlarına xidmət edəcəkdir".

1536-cü ilin yanvarında Katerina Araqonlu vəfat etmişdi. Son iki ildə o, kralla görüşməmişdi. Ölümündən altı gün əvvəl Henriyə məktub yazıb, onu çox sevdiyni, bağışladığını yazırdı və özünün də bağışlanmasını xahiş edirdi. Lakin kral öz keçmiş arvadına cavab vermədi.

Katerinanı bədbəxtliyə düşməsində xüsusi rol oynayan Anna Boleynin də xoşbəxtliyi uzun sürmədi. Dörd ay sonra o, edam olunmaqla həyatdan getdi. Katerinaya çoxları yas saxladı, Anna Boleynə görə isə kimnsə kədərlənməsi hiss olunmadı. Katerina Araqonlunun ölümündən xeyli sonra da onun qəbrinin üstünə adamlar kraliçanın möhürünün simvolu olan nar gətirib qoyurdular.

1533-cü ilin yayı

Marqaretin rəqibi və bacısı, onun düşməni və dostu olan Katerina ölümündən hələ üç il əvvəl öz məğrurluğunda bu axırıncı talesizliklə üzləşmişdi. O, yenidən kasıb idi, necə ki, nə vaxtlarsa o, köhnə balıqdan hazırlanmış xörəyi yeyirdi.

Onun mənəvi atası olan yepiskop Fişer ev dustağı idi, Katerinanın qızı da anasından ayrı saxlanırdı. Ledi Meriyə öz anasını görməyə icazə verilmirdi, kraliça Anna Boleynə deyilməsə, o, hətta saraya da gələ bilməzdi. O isə öz anasının qızı idi, bunu etmək istəmirdi.

(Ardı var)

 





05.11.2019    çap et  çap et